17 Fevral 2013 12:02
431
Oxucu məktubları
A- A+

«Məndən ötrü darıxmayın»

 

Cəlilabad Rayon Mədəniyyət Evi xalq teatrının səhnəsində hərbi-vətənpərvərlik mövzusunda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş yeni  tamaşanın premyerası olmuşdur.

Tamaşa Asif Həsənlinin "Şəhidliyin uca zirvəsində" sənədli romanının motivləri əsasında "Məndən ötrü darıxmayın" adı ilə səhnələşdirilmişdir. İki hissədən ibarət səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Əsər Milli Qəhrəman Mübariz İbrahimovun, onun davamçıları Fərid və Əhmədin keçdiyi döyüş yoluna həsr edilib.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Buludxan Buludovdur. Xeyrulla Şahbazlı, Anar Əlizamanlı, Ramil İbrahimov, Anar Buludov, Məlahət Fəridi və başqalarının səhnədə yaratdığı obrazlar böyük rəğbətlə qarşılanmışdır.

Şəhidlərin ailələri və yaxınları tamaşaya görə xalq teatrının kollektivinə, həmçinin rayon mədəniyyət və turizm şöbəsinin müdiri İsa Allahverdiyevə minnətdarlıqlarını bildirmişlər.

Tamaşanın cənub bölgəsinin digər rayonlarında, eləcə də Mübariz İbrahimovun doğulduğu Biləsuvarda göstərilməsi nəzərdə tutulmuşdur.

 

İman ABDULLA,

Cəlilabad rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video