22:52 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Memorial.az saytı - “yaddaş kitabı”nın təqdimatı keçirilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 29.09.2021

 

Saytın yaradılmasında əsas məqsədlərdən biri tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşma tətbiq etməkdir

 

Sentyabrın 28-də Bakıda Memorial.az saytı - “yaddaş kitabı”nın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                         

Tədbiri açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, 44 günlük Vətən müharibəsi tamamilə yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan xalqının qanla və torpaqla yoğrulduğu epoxal bir andır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh və milli ləyaqətin təntənəsidir.

Səadət Yusifova qeyd edib ki, ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq. Prezident İlham Əliyevin BMT-nin 76-cı sessiyasındakı tarixi çıxışı XXI əsrin əsas paradiqmasına çevriləcək ümumbəşəri prinsip kimi ədalətə çağırışdır, hər bir azərbaycanlının düşündüyü və bütün dünyaya çatdırmaq istədiyi mesajdır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün qurumun qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.

Prezident Administrasiyası rəsmisi deyib: “Biz 44 günlük müharibənin və zəfərimizin doğurduğu yeni reallığın yalnız Cənubi Qafqaza deyil, bütövlükdə regiona yaxın və orta müddətli perspektivdə təsirini görsək də, uzunmüddətli perspektivdə onun doğurduğu nəticələrin yeni dünya nizamı üçün qlobal əhəmiyyətini bəlkə də hələlik sona qədər dərk etmirik. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı müzəffər xalq kimi öz adını dünya tarixinə yazdı. Zəfərimizin əks-sədasını biz hələ uzun müddət duyacaq və eşidəcəyik. Bu zəfərin əsasında Azərbaycan Prezidentinin uzunmüddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərində güclənməsi və möhkəmlənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə gördüyü işlər və Prezident - ordu - xalq birliyi dayanır.

Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və milli qürur gününü qeyd edirdi və biz bu gün burada Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş yeni layihənin - memorial.az saytının - “xalqın yaddaş kitabı”nın təqdimatında iştirak edirik”.

Qeyd olunub ki, hər bir azərbaycanlı üçün “yaddaş kitabı” yalnız Vətəni uğrunda şəhid olmuş qəhrəmanların fədakarlıqlarının xatırlanması deyil, həm də onların əmanəti olan bu Vətənin daha da güclənməsi üçün bizim üzərimizə düşən məsuliyyətin dərk edilməsidir. Bu, ərazi bütövlüyünün, istiqlalın və zəfərin asanlıqla əldə olunmadığının bir xatırlatmasıdır, Azərbaycan xalqının həmrəyliyinin və dövlətimizin qüdrətinin daha bir nişanəsidir. Şəhidlərimizin fədakarlığının bu mahiyyəti xalq olaraq kollektiv idrakımızda daim əks olunacaq, çünki Azərbaycanın ərazi bütövlüyü onların canları hesabına inşa edilmiş abidədir. Memorial.az saytı da məhz həmin “yaddaş kitabı”dır.

Memorial.az saytının yaradılmasının məqsədindən danışan Səadət Yusifova vurğulayıb ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəs mövzudur. Vətən müharibəsinin gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il Aprel döyüşləri şəhidləri, atəşkəs dövrünün şəhidləri, Birinci Qarabağ müharibəsi şəhidləri və ümumilikdə münaqişənin gedişində həlak olmuş hərbi qulluqçular və mülki şəxslər haqqında da məlumatların sistemləşdirilməsi nəzərdə tutulur.

“Vurğulamaq istərdim ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir. Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir”, - deyə Administrasiya rəsmisi qeyd edib.

Daha sonra çıxış edən memorial.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, indiyə qədər istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində şəhidlərimizlə bağlı çoxlu sayda məlumatlar dərc edilib. Məlumatlar geniş şəkildə yayılsa da, pərakəndəlik var idi. Şəhidlərimizlə bağlı məlumatların davamlı olmasını istəyirik. Saytda daha geniş məlumatlar üçün şəhid ailələri ilə sıx əlaqədə olacağıq. Bəzi şəhidlərin övladları məktəbə getdi, onlar barədə məlumat yerləşdirmişik, bəzi şəhidlərin övladlarını onların dostları məktəbə apardı. Bundan sonra onların virtual həyatlarını davam etdirəcəyik.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib ki, memorial.az saytının - “yaddaş kitabı”nın yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir. 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladları var.

“Ötən il bu vaxt arxa və ön cəbhə birləşdi. Millətin düşmənə qarşı səngəri vahid oldu - tikəsini əsgərlə bölüşən hər bir insan, yaralıya qanını verən istənilən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə ordumuzla eyni sırada döyüşdü. Müharibə başlayanda onun nə qədər sürəcəyi bəlli deyildi. Ona görə də savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb. Lakin qanını torpağa verən oğulların əvəzinə Vətən və azadlıq, sevinc və bütövlük doğulub”, - deyə Zahid Oruc vurğulayıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə 30 mindən çox şəxsə sosial müdafiə dəstəyi göstərilib, 7900-dən çox şəhid ailəsi üzvlərinə 15700-dən artıq sosial ödəniş həyata keçirilib. Bu il Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunub. Bunun nəticəsində Vətən Müharibəsi Qəhrəmanı olan şəxslərə aylıq 2000 manat ayrılıb, müharibə əlillərinin təqaüdləri artırılıb. 2021-ci ildə mənzil və fərdi ev təminatı 5 dəfə artırılıb, növbəti illərdə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Bu il isə 3000 mənzil və fərdi ev veriləcək ki, artıq onlardan 1600-ü təqdim olunub.

Nazir müavini diqqətə çatdırıb ki, hərbi əməliyyatlardan sonra bütün şəhid ailələri ziyarət olunub, ehtiyacları öyrənilib. Mühüm tədbirlərdən biri odur ki, 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin edilib, 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. 8000 vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub, “Məşğulluq marafonu” ilə 765 şəhid ailəsi üzvü işlə təmin edilib. Şəhid ailəsi üzvlərinin sosial xidmətlərə və digər hərbi, tibbi xidmətlərə çıxışı üçün Vahid Əlaqələndirmə Mərkəzindən 1000-ə yaxın bu təbəqəyə aid şəxslər istifadə ediblər. Sosial Xidmətlər Agentliyi tərəfindən “Unudulmaz” mobil tətbiqi hazırlanır. İyun ayında bu tətbiqin ilkin təqdimatı olub, bu, şəhid və qazilərimizin döyüş yolu, təltifləri, cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov bildirib ki, ordumuz 44 gündə hər gün irəli gedib. Vətən müharibəsində qələbə qazanmağımızın bir neçə əsas səbəbi var. Onlardan biri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müharibəyə rəhbərlik etməsi idi. Müharibə başlayan ilk gündən etibarən Ali Baş Komandan cəbhədəki vəziyyətə  birbaşa nəzarət edirdi. Hər gün döyüş planı təsdiqlənir, tapşırıqlar verilir, müzakirələr aparılırdı. Bu qələbədə xalq-ordu birliyinin xüsusi rolu var. Qələbənin əldə edilməsinin digər bir amili də əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərbi liseyin yaradılmasıdır. Bunun sayəsində Azərbaycanda peşəkar milli hərbçilərin yetişdirilməsi mümkün oldu.

Aprel döyüşlərinin şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qəhrəman şəhidin həyatından, keçdiyi döyüş yolundan danışıb və memorial.az saytının əhəmiyyətini vurğulayıb.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM