15:18 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məktəbimizin fəxri
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
03:03 11.03.2012

 

Yaponiyadan məktub gələndə, düzü, hamımız çox sevindik. Məktəbimizin şagirdi Nərminə Mürsəl qızı Nəbiyeva BMT-nin təşkil etdiyi 16-cı Kanagawa Biennial Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülmüşdür. Onun əl işləri Yokahama şəhərindəki gənc istedadlar sərgisində nümayiş etdirilmişdir.

Nərminə Nəbiyeva Ağamalıoğlu kənd məktəbində on birinci sinifdə oxuyur. Dərs əlaçısıdır. Təsviri incəsənətlə maraqlanır. Bir neçə ildir ki, kənd uşaq musiqi məktəbində məşğul olur. Məhərrəm Əkbəri ona sənətin sirlərini öyrədir. Nərminə  əsasən tarixi abidələr, kənd həyatı, təbiət təsvirləri və xalqın adət-ənənələri ilə maraqlanır. Onun bir sıra əsərləri rayonun müxtəlif tədbirlərində nümayiş etdirilir.

Uşaq musiqi məktəbimiz 1995-ci ildə müstəqil sənət və təhsil ocağı kimi fəaliyyətə başlayıb. Yeddi şöbəsi var: fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik və rəssamlıq. Cəmi 259 nəfər şagirdimiz var. Gənc oğlan və qızlarımız məktəbi bitirdikdən sonra peşə təhsillərini müvafiq ali və orta ixtisas məktəblərində davam etdirir, sənət aləmində az-çox mövqe qazana bilirlər.

Rəssamlıq, yəni təsviri sənət şöbəsinin uğurları daha çox diqqəti cəlb edir. İlk uğurumuz Stokholmda olub, o, uzaq ölkədə kollektivimiz diploma layiq görüldü.

Azərbaycan Mədəniyyəti Dostları Fondunun təşkil etdiyi sərgidə iki nəfərimizin əl işləri sərginin kataloquna düşdü:  Avropa mədəni irs günlərində Ramin Əliyev ikinci dərəcəli diplom, Bişkekdə keçirilən beynəlxalq müsabiqədə isə Vüsalə Axundova xüsusi diplomla təltif olundular.

Nərminə Nəbiyevanın uğuru isə hamımızı ürəkdən sevindirir. Bu günlərdə rayon fəallarının toplantısında onu təbrik edərək, daha böyük nailiyyətlər arzuladılar. O bu sahədə fəaliyyətini davam etdirmək fikrindədir. Gəncə Dövlət Universitetinin təsviri incəsənət şöbəsinə daxil olmaq arzusundadır. Əminik ki, səriştəsi artdıqca Hərminə sənət aləmində özünə layiqli yer tutacaqdır.

 

Kazım İSMAYILOV,

Goranboy rayon Ağamalıoğlu kənd uşaq musiqi məktəbinin direktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM