03:45 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məktəb tikintisi keyfiyyətli təhsilin əsasıdır

ANA SƏHİFƏ / TƏHSIL
00:46 23.09.2021

 

Dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir

 

Son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri məktəblərin infrastrukturunun yaxşılaşdırılması, yenilərinin inşası və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilməsi ilə sıx bağlıdır.

Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Məqsədyönlü, davamlı tədbirlər nəticəsində ölkəmizdə son illər çoxlu məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Bu sahədə aparılan işlər bir daha sübut edir ki, məktəblərin yeniləşməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Belə ki, Prezident İlham Əliyev 2020-ci il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məktəb sisteminin infrastrukturunun yaxşılaşdırılması prosesinin cari il ərzində də davam etdiriləcəyinin anonsunu verib. Dövlət başçısı ötən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar atıldığını, 84 məktəb binasının tikildiyini və təmir edildiyini bildirib:

“... Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır...”

Dövlət başçısının bu açıqlamasından sonra çox gözləmək lazım gəlmədi. Dünyanı bürümüş pandemiya və onun ağır fəsadlarına baxmayaraq, cənab Prezident son aylarda da ölkəmizin təhsil sisteminə diqqət və qayğının bariz nümunəsi kimi paytaxt Bakı ilə yanaşı, regionlarda da məktəb infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Sərəncamlara müvafiq olaraq, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri davam etdirilir. Bundan əlavə, ölkəmizin ayrı-ayrı regionlarında da yeni məktəb binalarının tikintisi ilə yanaşı, modul tipli təhsil ocaqlarının da inşası geniş vüsət alıb. Dağ və ucqar kəndlərdə dövlət büdcəsi hesabına inşa olunan və yerli əhali, eləcə də şagirdlər tərəfindən razılıqla qarşılanan modul tipli məktəblərin inşası ümumən 2021-2022-ci illərdə başa çatdırılmalıdır.

Xatırlatmaq yerinə düşərdi ki, ötən il də bu sahədə müəyyən diqqətçəkən tədbirlər həyata keçirilib. Ümumiyyətlə, yeni tədris ilində 34-ü modul tipli olmaqla, 47 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulub. İlin sonunda isə 100-ə yaxın (o cümlədən 60 modul tipli) məktəb binası istismara veriləcək.

Hazırda Təhsil Nazirliyi tərəfindən 106 (o cümlədən, 60 modul tipli məktəb) təhsil müəssisəsi, 3 peşə məktəbi və 3 məktəbdənkənar təhsil müəssisələrində əsaslı təmir və tikinti işləri aparılır. 26 təhsil müəssisəsinin, 3 peşə məktəbinin və 1 məktəbdənkənar təhsil müəssisəsinin layihə-smeta sənədlərinin hazırlanması işləri aparılır. 2015-2019-cu illərin statistik məlumatına əsasən, bu müddət ərzində 349 təhsil müəssisəsi istifadəyə verilib.

Azərbaycan məktəblərində ümumilikdə 85 min 626 sinif var. 49 min sinifdə şagird sayı 20 nəfərdən azdır. 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə bildirilib ki, ümumi sinif sayının 23 faizində şagird sayı 21-25 arasındadır. Yalnız 311 sinifdə şagird sayı 40 nəfərdən çoxdur. Bu isə bütün siniflərin 0,4 faizini təşkil edir.

Regionlara gəlincə, paytaxt Bakı ilə yanaşı, respublikanın əksər bölgələrində də yeni məktəb tikintisi və köhnələrinin əsaslı şəkildə bərpası da sürətlə davam etdirilir. Yalnız ötən il Qazax rayonunu Sarıvəlli kənd tam orta məktəbinin tikintisi ilə yanaşı, düşmənlə sərhəddə yerləşən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün də 180 şagird yerlik yeni bina inşa edilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi isə əsaslı şəkildə yenidən qurulur.

Xaçmazda məktəb infrastrukturunun təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə Xaçmaz rayonunda yeni məktəblərin, o cümlədən 4 yeni modul tipli məktəbin tikintisi ləngiməyib.

 Son illər təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artıb, təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilib. Son 10 ildə təkcə Xaçmaz rayonu üzrə 50-yə yaxın ümumtəhsil məktəbi tikilərək şagird və müəllim kollektivlərinin istifadəsinə verilib. Rayonun Qaraçaycək və Qədmalıqışlaq kəndlərində 56 yerlik, Tikanoba kəndində 20 yerlik ibtidai, Əbilyataq kəndində 96 yerlik tam orta modul tipli yeni ümumtəhsil məktəbin tikintisi, 440 yerlik Xudat şəhər 1 nömrəli tam orta məktəbin yeni binasında son tamamlama, 380 yerlik Qımılqışlaq kənd tam orta məktəbində isə əsaslı təmir-tikinti işləri başa çatdırılıb. Həmçinin 1176 yerlik Xaçmaz şəhər 6 nömrəli tam orta məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə yalnız ötən il 30 ümumtəhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib ki, onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olarkən məlumat verildi ki, orada 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir.

Bütün bu işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu göstərir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM