14 Yanvar 2014 01:01
665
PARLAMENT
A- A+

Meksika Senatının Xarici əlaqələr komitəsi ilə Memorandum imzalanıb

 

Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Azərbaycanda səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

Komitə sədri Səməd Seyidov qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, bu, Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvlərinin Azərbaycana ilk səfərləridir. Rəhbərlik etdiyi komitə barədə meksikalı senatorları məlumatlandıran S.Seyidov vurğulayıb ki, beynəlxalq münasibətlərin və  parlamentlərarası əlaqələrin inkişafında komitə mühüm rol oynayır.

S.Seyidovun sözlərinə görə, ölkələrimiz arasında möhkəm siyasi əlaqələr mövcuddur. Meksika Senatı üzvlərinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına öz dəyərli töhfəsini verəcək. Azərbaycan tərəfi Meksika ilə əlaqələri yüksək səviyyədə qurmaq niyyətindədir.

Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron isə qeyd edib ki, Meksika ilə Azərbaycan arasında illərdir ki, dostluq münasibətləri mövcuddur. "Bu səfər dostluğumuzu daha da möhkəmləndirəcək. Azərbaycan son illərdə həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, sizin təcrübənizdən istifadə etməklə biz də sürətli inkişafa nail ola bilərik. Siyasi əlaqələrlə yanaşı, mədəni, səhiyyə və təhsil sahəsində də yeniliklərə imza ataraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmək olar. Əgər hər zaman birgə olsaq, daha çox nailiyyət əldə edərik" - deyə, Q.K.Barron əlavə edib.  

Sonda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının Xarici əlaqələr komitəsi arasında "Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında" anlaşma Memorandumu imzalanıb.

Qeyd olunub ki, bu sənəd Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin yeni mərhələyə qədəm qoyması deməkdir. Sənəd, həmçinin ölkələrarası dostluğun, əməkdaşlığın daha da yüksələcəyinin təminatçısıdır.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video