16 Oktyabr 2021 12:19
809
SİYASƏT
A- A+

Meksika Konqresi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib  

Meksika Deputatlar Palatasının bir sıra üzvlərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bəyanatda “bu il qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” deyilir, bu müddət ərzində Azərbaycanın uğurlu inkişaf yolu keçərək beynəlxalq aləmdə güclü və mütərəqqi bir dövlət kimi öz yerini tutduğu, eyni zamanda, Latın Amerikası regionunda diplomatik varlığını artıraraq region ölkələri, o cümlədən Meksika ilə dostluq və əməkdaşlıq əlaqələri qurduğu bildirilir.

Sənəddə Azərbaycanın hazırda öz səylərini məcburi köçkünlərinin öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün azad olunmuş ərazilərinin yenidən qurulması, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin olunmasına yönəltdiyi qeyd edilir.

Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik ifadə olunur, eyni zamanda, vətəninin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarına görə başsağlığı çatdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video