13 Dekabr 2011 02:12
970
Milli Məclis
A- A+

Meksika Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

 

Dekabrın 12-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Meksika Senatının üzvü, senator Karlos Ximenes Masias və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.

İşçi qrupunun rəhbəri Ülvi Quliyev Azərbaycan ilə Meksika arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsindən söz açdı. Daha sonra qonaqlara məlumat verildi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etməyə başlayıb. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın 20 faizini işğal etməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün problemi daha sürətli inkişafa ciddi maneə yaradır.

İ.Quliyev Meksika parlamentində erməni işğalını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbuluna, eləcə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına daimi üzv seçilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Meksika Senatının üzvü Karlos Ximenes Masias onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib dedi ki, Meksika yerləşdiyi bölgədə coğrafi və strateji əhəmiyyətə malik ölkədir. Cənubi Qafqazda gedən prosesləri diqqətlə izləyir. Azərbaycan da yerləşdiyi ərazidə mühüm əhəmiyyətə malik ölkədir. Meksika Avropa Şurası Parlament Assambleyasına müşahidəçi statusu ilə üzv qəbul olunanda Azərbaycanın göstərdiyi dəstək bizim üçün çox böyük rol oynadı. Meksika sürətlə inkişaf edən və regionun lider dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Ümid edirik ki, əlaqələrimiz bundan sonra daha da genişlənib möhkəmlənəcəkdir.

Görüşdə ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video