26 Avqust 2021 13:32
1339
SİYASƏT
A- A+

Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ispandilli ölkələrin mediasında materiallar verilib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı doğum günü münasibətilə ispandilli mediada materiallar verilib.

AZƏRTAC xəbər verir ki, Nikaraquanın "Kanal 8" və "Globo TV" televiziya kanalları, həmçinin İspaniya, Meksika, Kolumbiya, Kosta-Rika, Honduras, Venesuela Bolivar Respublikası və Argentina kimi ispandilli ölkələrin mətbu orqanları Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Məqalələrdə və reportajlarda qeyd olunub ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən faydalı layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Müəllifi və təşəbbüskarı olduğu layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək istiqamətindəki fəaliyyətində qətiyyətlidir, israrlıdır.

Eyni zamanda, məqalələrdə və reportajlarda Heydər Əliyev Fondunun işğaldan azad edilmiş qədim Qarabağ torpağında dini abidələrin və məscidlərin bərpası layihəsinə başladığı vurğulanıb: "Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinin uğurlarında əhəmiyyətli rol oynayır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli münasibətlərin dərinləşməsinə böyük töhfə verir".

Materiallarla aşağıdakı linklərdə tanış olmaq olar:

İspaniyanın "Horrapress EU" media agentliyi:

Meksikanın "Expresión Mexico" media agentliyi:

Meksikanın "Mi Punto de Vista" media agentliyi:

Meksikanın "Club Juridico" media agentliyi:

Kolumbiyanın "Snoticias" media agentliyi:

Kosta Rikanın "La voz de Goicoechea" media agentliyi:

Hondurasın "El Diario de Honduras" media agentliyi:

Venesuelanın "Agencia Internacional del Sur- AiSUR" media agentliyi:

Argentinanın "Data Política y Económica" media agentliyi:

Nikaraquanın "Kanal 8" və "Globo TV" televiziya kanalları

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video