04 Iyul 2021 00:57
925
İDMAN
A- A+

MƏĞLUBEDİLMƏZ İTALİYA

 

1/4 final

Belçika - İtaliya - 1:2

Qol: Barella, 31 (0:1), İnsinye, 44 (0:2),

Lukaku, 45+2 pen. (1:2)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Münhen, “Münhen Futbol Arenası”

 

Münhendə “Avro-2020”nin 1/4 final mərhələsində Belçika və İtaliya yığmaları üz-üzə gəldilər. Matçdan öncə görüşün nəticəsi ilə bağlı ünvanlanan suallara cavabımızda baş məşqçilərin meydançada tətbiq edəcəyi oyun anlayışının, matçın gedişinə kənardan edəcəyi dəyişikliklərin çox vacib olduğunu vurğulamışdıq.

Qarşılaşmanın ilk dəqiqələrində müdafiə olunmaq taktikası seçən Belçika yığmasının baş məşqçisi Roberto Martines isə italiyalı həmkarı Roberto Mançiniyə təslim olduğunun mesajını vermişdi.

Belçikanın hazırkı heyəti daha çox hücum futbolu oynamağa imkan verir. İspaniyalı çalışdırıcı matçın ilk dəqiqələrindən müdafiə olunacağını göstərərək İtaliyaya daha rahat futbol oynamağa imkan verdi. Elə matça da italyanlar daha istəkli başladılar. İlk dəqiqələrdən ötürmələrə üstünlük verərək oyunu meydançanın Belçikaya aid hissəsində qurmağa başladılar.

Nominal meydan sahibləri isə topu rəqibə verərək müdafiə olunmaqla yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışırdı. Lakin bundan istifadə edə bilmirdi. Çünki İtaliya futbolçuları meydançada elə düzgün yerləşmişdilər ki, rəqibə boş zona qoymurdular. İtalyanlar itirilən hər topu tez zamanda qazanmağı bacarırdılar. Nəticədə 31-ci dəqiqədə Barella vurduğu qolla İtaliya millisini hesabda irəli çıxardı.

Qoldan sonra oyun planında edilən dəyişikliklər Belçika yığmasının daha çox hücum etməsinə səbəb oldu. Amma onların bu zaman meydançanın mərkəzində itirdikləri toplar italyanların əks-hücumları ilə nəticələnirdi. Belə epizodlardan birində İnsinye uzaqdan vurduğu mükəmməl qolla hesab arasındakı fərqi 2 topa çatdırdı. Hər kəs ilk hissənin bu hesabla başa çatacağını gözlədiyi bir vaxtda belçikalı futbolçuya qarşı cərimə meydançasında edilən kobudluğa görə sloveniyalı referi Slavko Vinçiç 11 metrlik nöqtəni göstərdi. Zərbəni dəqiq yerinə yetirən Lukaku hesab arasındakı fərqi 1 topa çatdırdı. Onu da əlavə edək ki, ilk hissədə qapıçılar Tibo Kurtua və Canluici Donnarumma möhtəşəm oyunları ilə yadda qaldılar.

Fasilədən sonra edilən dəyişikliklər belə Belçika millisinin hesabda tarazlığı bərpa etməsinə kömək olmadı.  Meydançanın İtaliyaya aid hissəsində tətbiq edilən pressinq Mançininin komandasının topu özlərində saxlamağına imkan vermədi. Jorjinyo - Barella tandemi müdafiədən topu hücuma çıxartmada ciddi çətinliklərlə üzləşdi. Belçika seçməsi isə bir neçə real qol vəziyyətini boşa verməklə azarkeşlərini üzdü.

Nəticədə 2:1 hesabı ilə qələbə qazanan İtaliya millisi adını yarımfinala yazdırdı. Bununla da “Skuadra adzurra” məğlubiyyətsizlik seriyasını 32 matça çatdırdı.

Finala gedən yolda italyanların rəqibi İspaniya millisi olacaq.  Azarkeşlər iyulun 6-da finala bərabər yarımfinal oyunu izləyə bilərlər.  

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video