10:20 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Media nümayəndələri Şağan reabilitasiya müəssisəsində qazilərə göstərilən xidmətlərlə tanış olublar
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:01 16.04.2021

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatında Vətən müharibəsi qazilərinə, həmçinin ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı Prezident İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin reabilitasiya xidmətləri ilə təminatında xüsusi önəm kəsb etdiyi qeyd olunub. 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Bu il fevralın 25-də dövlət başçısının iştirakı ilə ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının açılışı olub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı Pansionat 128 palatadan ibarət olmaqla, 250 çarpayılıqdır. İldə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir.

Media nümayəndələri Pansionatda qazilərin müalicəsi sahəsində aparılan reabilitasiya işlərini izləyiblər.

Pansionatın direktoru Jalə Həsənova burada göstərilən xidmətlər haqqında məlumat verərək deyib: “Burada birinci və ikinci Qarabağ müharibəsində yaralanan və əlil olan döyüşçülərə xüsusi qayğı göstərilir. Müəssisədə həm də Çernobıl əlilləri də müalicə alırlar. Buraya üz tutan əlillər həkim müayinəsindən keçdikdən sonra onlara xəstəliklərinə uyğun olaraq funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir. İndiyədək 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Müraciət edən əlillərin xəstəliklərinə uyğun olaraq sinir, ürək-damar və dayaq-hərəkət sistemi və psixoloji müalicələr təyin edilir. Onlayn müraciət zamanı onlara psixoloji yardım da göstərilir”.

Jurnalistlərə postmüharibə dövründə Vətən müharibəsi qaziləri ilə bağlı aparılan dəstək işləri barədə məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə artıq reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanılıb.

Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi işləri barədə də kütləvi-informasiya vasitələri təmsilçilərinə məlumatlar verilib. Media nümayəndələri qazilərlə söhbət edib, göstərilən reabilitasiya xidmətləri barədə fikirlərini öyrəniblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM