17:53 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mədəniyyət ocaqları şəhər sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
15:30 21.11.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda "Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə məlumat verdi ki, "Nizami” kinoteatrı üçün yeni binanın inşasına bu ilin mayında başlanılıb. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var.

Qeyd edək ki, müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan "Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.

Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar digər sahələrlə yanaşı, mədəniyyət sferasını da əhatə edib. Bu islahatların səmərəli nəticələrini isə istər mədəniyyət sahəsində çalışanların sosial-rifah halının yaxşılaşdırılmasında, yeni mədəniyyət obyektlərinin inşasında və mövcud olanların müasir səviyyəyə çatdırılmasında, istərsə də, bu sferanın maddi-texniki bazasının möhkəmlənməsində aydın görmək olar. Ölkəmizdə bu istiqamətdə icra olunan layihələr isə davamlı xarakter alıb. Sumqayıtda "Nizami” kinoteatrı üçün yeni binanın inşası bunu bir daha göstərir. Bu cür layihələrin həyata keçirilməsi yeni mədəniyyət ocaqlarının yaradılması baxımından ölkəmizdə görülən işlərin ardıcıllığını nümayiş etdirir. Eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında belə mədəniyyət ocaqları mühüm rol oynayır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM