14 Oktyabr 2021 19:21
974
Mədəniyyət
A- A+

Mədəniyyət Nazirliyində görüş  

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonağı səmimi salamlayan A.Kərimov Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğundan danışıb. Əməkdaşlıqda prioritet məsələ kimi mədəni irsin qorunması, kreativ industriyanın təkmilləşdirilməsi, film və musiqi sahəsinin inkişafının zəruriliyindən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən tarixi abidələrimizin bərpası prosesində Çexiyadan olan peşəkarların təcrübəsindən faydalanmağın əhəmiyyətini bildirib.

Anar Kərimov həmçinin “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib. Çex Respublikasını da bu önəmli platformaya qoşulmağa dəvət edib.

Səfir Milan Ekert qəbula görə minnətdarlığını bildirib. Azərbaycanın caz musiqi ənənələrinin zəngin tarixindən bəhs edən səfir “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin əsərlərinin çex dilinə tərcüməsinin vacibliyini dilə gətirib. Həmçinin Azərbaycanda tarixi irsin bərpası ilə bağlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. İki ölkə arasında gələcək inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video