Mədəniyyət naziri Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb
İyulun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, teatrın bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov nazirə mədəniyyət ocağının uğurları, repertuarda olan tamaşaları, texniki imkanları haqqında məlumat verib.
Mədəniyyət naziri Anar Kərimov böyük tarixə malik olan Akademik Milli Dram Teatrında yaradıcı kollektivlə görüşməkdən məmnun olduğunu bildirib. Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edən Anar Kərimov dövlətin bu sahəyə diqqət və qayğısından söz açıb. Bildirib ki, Mədəniyyət Nazirliyi teatr sahəsində islahatları özünün ən vacib, prioritet istiqamətlərindən biri hesab edir: “Çünki teatr tarixən milli ruhun qorunub saxlanılmasında böyük rol oynayıb. Məqsədimiz, amalımız odur ki, teatr inkişaf etsin. Biz Azərbaycan teatr sənətinin zəngin ənənələrini daha da inkişaf etdirməliyik. Teatrın inkişafına, yeni uğurlar qazanmasına dövlətin hər zaman dəstəyi olub, bundan sonra da olacaq”.
Nazir əlavə edib ki, bir əsrdən çox tarixi olan Akademik Milli Dram Teatrında böyük sənətkarlar çalışıb, teatrda Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulub, bu səhnədə təqdim olunan tamaşalar eyni zamanda bizə tariximizi, ədəbi irsimizi tanıdıb, mənəvi dəyərlərimizi, milli kimliyimizi təlqin edib.
Pandemiyanın, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə zərbə vurduğunu, yaradıcı fəaliyyəti məhdudlaşdırdığını deyən Anar Kərimov tezliklə teatr müəssisələrinin fəaliyyətə başlayacağına və öz tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyinə ümid etdiyini bildirib.
Xalq artistləri Nurəddin Mehdixanlı və Rafiq Əzimov çıxış edərək teatrın müasir cəmiyyətin həyatında oynadığı mühüm roldan danışıb, mədəniyyət nazirinə kollektivlə görüşdüyü üçün təşəkkürlərini bildiriblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!