04:16 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mədəniyyət naziri İCCROM-in icraçı direktoru ilə işğaldan azad olunmuş ərazilərdə abidələrin bərpasını müzakirə edib
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
19:00 16.09.2021

Mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) icraçı direktoru Ebber Ndoro ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini İCCROM rəhbərinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş, bərpa və yenidənqurma işləri həyata keçirir.

Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb. Artıq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində mədəni quruculuq işlərinə başlanılıb. Nazir tarixi abidələrin bərpa prosesində İCCROM-un dəstəyinə ehtiyac duyulduğunu da E.Ndoronun diqqətinə çatdırıb.

İCCROM-in rəhbəri 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirakı ilə bağlı öz təəssüratlarını bölüşüb. Bildirib ki, İCCROM ilə Azərbaycan tərəfinin razılığına əsasən, daha öncə bərpa və restavrasiya ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınıb.

Görüşdə həmin təlimlərin bərpası, bununla bağlı kurslar üzrə qrupların formalaşdırılması, onlayn treninqin keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin bərpası ilə bağlı canlı kursların və təlimlərin təşkili, interaktiv diskussiyaların reallaşdırılması və bütün bunlar üçün texniki komissiyanın yaradılması və s. məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda İCCROM-in iştirakı ilə Azərbaycanda regional təlim mərkəzlərinin yaradılması da müzakirə edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM