23 Fevral 2021 21:30
845
Mədəniyyət
A- A+

Mədəniyyət naziri Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

 

Fevralın 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan nazir Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların, ölkələrimiz arasında imzalanmış sənədlərin əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini diqqətə çatdıran Anar Kərimov qeyd edib ki, Azərbaycan Fransa ilə mədəniyyət sahəsində də münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verib.

Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula görə nazirə təşəkkürlərini ifadə edərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. Qonaqlar ölkəmizlə əməkdaşlıq istiqamətləri sırasında mədəniyyət sahəsinə xüsusi önəm verdiklərini bildiriblər.

İşğaldan azad olunan ərazilərdə tarixi və mədəniyyət obyektlərinin vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı təcavüzkar siyasət həyata keçirib və həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb. Eyni zamanda, təkcə ölkə daxilində deyil, dünya miqyasında xristian irsinin qorunmasına töhfələr vermiş Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə mühafizə edildiyini diqqətə çatdırıb.

Daha sonra iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili və bu barədə məlumatların Fransa mediasında da geniş işıqlandırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı əlaqələrin perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video