15 Iyul 2021 14:28
1570
Mədəniyyət
A- A+

Mədəniyyət naziri Anar Kərimov “Special Edition Talks” layihəsində çıxış edib

 

İyulun 14-də mədəniyyət naziri Anar Kərimov İslam Əməkdaşlığı Gənclər Forumu (IYCF) tərəfindən təşkil edilən xüsusi silsilə çıxışlar (Special Edition Talks) çərçivəsində fəxri qonaq qismində “Gənclər və mədəniyyətin formalaşdırılması” mövzusunda çıxış edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, parlaq gələcəyin qurulmasında və mədəniyyətin dayanıqlı inkişafında gənclərin həlledici rolundan söhbət açan Anar Kərimov, əvvəlcə, bu sahədə dünyada və ölkəmizdə müşahidə olunan müasir meyillərdən danışıb. Yaradıcı gənclərin dəstəklənməsi naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə COVID-19 pandemiyası dövründə 30-dan çox layihənin reallaşdırıldığı qeyd edilib.

Beynəlxalq səviyyədə gənclərin mədəniyyətdə rolunun artırılması məqsədilə Azərbaycanın dəstəyi ilə həyata keçirilən layihələrdən söz açan nazir, son illər dünyada cərəyan edən müxtəlif proseslər, rəqəmsallaşma, IV Sənaye İnqilabı kimi hadisələrin fonunda mədəniyyətin üzləşdiyi çağırışlardan da danışıb. Texnoloji inqilablar əsrində mədəniyyətə yeni baxışın formalaşdırılması və mədəni dəyərlərin qorunmasının önəminə diqqət çəkilib. Bütün dünyada insanların artan məşğuliyyətləri və azalan vaxtı çərçivəsində gündəlik həyat tərzlərinin onları robotlaşdırmaması üçün mədəniyyətin ruhlandırıcı və yüksək estetik zövq formalaşdıran təsirlərinin güclənməsinin zərurətə çevrildiyi vurğulanıb.

Çıxışda, həmçinin Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları , eləcə də, Gənclər üçün təşkil olunan panellər haqqında məlumat verilib.

Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda olduqca fəal olduğunu bildirən A.Kərimov, buna baxmayaraq 30 il müddətində Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin planlı şəkildə məhv edildiyini və bu ərazilərin Azərbaycanın özü tərəfindən 44 günlük Vətən müharibəsində azad olunmasına qədər mədəniyyətə təcavüzün dayandırılmadığını bildirib.

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib.

BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO kimi beynəlxalq təşkilatların çağırışı dəstəklədikləri vurğulanıb.

Sonda nazir Anar Kərimov onlayn görüşdə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video