19:00 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mədə turşuluğu zamanı hil çayı içmək faydalıdır
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:20 16.03.2021

 

Novruz süfrəsinin təamları hilsiz başa gəlmir. Şəkərbura və paxlavanın hazırlanmasında ondan istifadə olunur. Hilin dənələrini qovurub üyüdəndən sonra şirniyyatın içinə qatırlar.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, dünyada geniş yayılan hili çox vaxt “kralların ədviyyatı” adlandırırlar. Vətəni Hindistan olan bu bitki Şri-lankada, Çində, Afrikada və Amerikada da becərilir.

Hilin bazarlarda ən çox tünd yaşıl və ağ rəngi satılır. Hil toxumu yeməklərə, çaya və qəhvəyə qarışdırlıraraq istifadə edilir. Əgər mədə turşuluğu çoxalaraq qida borusunu yandırırsa, ən yaxşı üsullardan biri hil çayının içilməsidir. Qastrit və mədə qıcqırması zamanı çox faydalıdır.

Hil çayı yüksək xolesterini aşağı salır və immuniteti qüvvətləndirir. İnfeksion xəstəliklərdən və qripdən əziyyət çəkənlərin onun çayını dəmləyib içmək məsləhətdir.

Ağızdan xoşagəlməz qoxu gəlirsə, hil dənələrini çeynəmək lazımdır. Çeynədikdən sonra isə udmaq məsləhətdir. Çünki ola bilər ki, ağız qoxusu mədədə olan problemlərdən yaransın və hilin toxumlarını udmaqla mədəni də müalicə etmək olar. Hil ürəkbulanma zamanı da yaxşı təsir edir, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir. Onun aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stres və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

Təbii antiseptik olduğundan soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil dənəsi qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.

Çalışmaq lazımdır ki, hili qabığından ayrılmasın, çünki əks halda o, əz ətrini çox tez itirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM