19:10 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Medallar və fəxri adların döş nişanlarının, «Ən yaxşı ümumi təhsil müəssisəsi» və «Ən yaxşı müəllim» müsabiqələrinin qaliblərinə mükafatların təqdimat mərasimi olmuşdur
ANA SƏHİFƏ / TƏHSIL
01:07 17.07.2012

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi", "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci və 2-ci dərəcəli, "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: İnsanların yüksək həyat standartları səviyyəsində yaşaması və səmərəli fəaliyyət göstərməsi üçün ölkədə sabitlik, sosial-iqtisadi inkişaf, dövlət və xalq birliyi olmalıdır. Bu gün Azərbaycanda yüksək sosial-iqtisadi inkişaf, davamlı sabitlik, xalq və dövlət birliyi mövcuddur. Bunun da nəticəsində bütün sahələr inkişaf edir, insanların sosial-rifah halı yüksəldilir, genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurlarının təməlində insan zəhməti və fədakarlığı dayanır. Vətəndaşlarımızın çəkdikləri zəhmət və onların səmərəli fəaliyyəti də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün təltif olunanlar da öz sahələrində uğurlu fəaliyyət göstərən, ölkəmizin ümumi inkişafında fərqlənən insanlardır.

"Ölkəmizdə qazanılan bütün uğurların başlanğıcı 1969-cu ilin 14 iyul günüdür", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, tariximizə qızıl hərflərlə yazılan 1969-cu ilin 14 iyul günündə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumuş, mərkəzin siyasətini milli maraqlara tabe etdirərək ölkəmizi inkişaf yoluna çıxarmışdır. Həmin vaxt ümumi iqtisadi inkişaf səviyyəsinə görə Sovetlər Birliyində sonuncu yerdə olan, ittifaqın aqrar əlavəsi mərhələsini yaşayan respublikamız ümummilli liderin rəhbərliyi ilə bütün sahələrdə inkişafa nail olmuş, ulu öndər Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmış, qısa vaxtda iqtisadiyyatın bütün sahələrində əldə olunan yüksək inkişaf tempi ölkəmizi qabaqcıl respublikalar sırasına çıxarmışdır.

Ali Məclisin Sədri demişdir ki, ölkəmizə quruculuq və inkişaf, tərəqqi bəxş edən Heydər Əliyev siyasi xətti 1993-cü ildə Azərbaycanı növbəti dəfə dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi, ölkəmizə əbədi müstəqillik qazandırdı. Həmin vaxt xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider ölkənin parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətində olduğu bir vaxtda müstəqil Azərbaycan dövlətini yaşatdı, onu yeni inkişaf mərhələsinə çıxardı. Bu gün ulu öndərin izləri onun şah əsəri olan müstəqil Azərbaycanın hər yerində görünür. Ulu öndər Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün uğurlarda, qazanılan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır.

"Prezident İlham Əliyev ümummilli liderimizin yolunu yeni dövrün tələbləri səviyyəsində uğurla davam və inkişaf etdirir", - deyən Ali Məclisin Sədri vurğulamışdır ki, bu yolun xalqımıza bəxş etdiyi böyük nailiyyətləri hər birimiz öz həyatımızda görürük. Azərbaycanın sosial-iqtisadi inkişafı, dünya birliyində tutduğu yer, xalqımızın firavan həyatı Heydər Əliyev yolunun təntənəsidir.

Ali Məclisin Sədri demişdir: İyulun 14-ü ulu öndərimizin Azərbaycanda hakimiyyətinin birinci dövrünün başlanğıc günüdür. Bu əlamətdar və tarixi gün Azərbaycanın hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında qeyd olunur. Təqdimat mərasiminin bu gün keçirilməsi heç də təsadüfi deyil. Çünki ümummilli liderimiz insan əməyinə həmişə yüksək qiymət vermişdir. Belə bir gündə təltif olunanlara dövlətimizin ali mükafatlarının təqdimatı hər birimizə ikiqat sevinc bəxş edir.

Ali Məclisin Sədri təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri və ulu öndərimizin ölkəmizdə hakimiyyətə gəlişinin 43-cü ildönümü münasibətilə bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Sonra Ali Məclisin Sədri Vasif Talıbov medalları, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

Təltif olunanlardan Səbuhi Məmmədov, Əli Mahmudov, Yusif Bayramov, Şahin Bəylərov, Seymur Muradov, Əli Hacıyev, Zahir Zeynalov, İlqar Rzayev, Yusif Həsənov, Niyazi Novruzov, Tahirə Hüseynova və Rəsmiyyə Xasayeva əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışacaqlarını, ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirmişlər.

Daha sonra Ali Məclisin Sədri 2011-2012-ci tədris ilində "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuş Kəngərli rayonundakı Qarabağlar kənd 2 nömrəli, Naxçıvan şəhərindəki 7 nömrəli və Şərur rayonundakı Qarxun kənd tam orta məktəblərinə və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim etmişdir.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Aygün Hüseynova, Şərur rayon Qarxun kənd tam orta məktəbinin direktoru Elman Muradov, "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazanan Qadir Əkbərov, Araz Əliyev və Sahibə Seyidova əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM