30 Iyun 2021 02:03
1180
İDMAN
A- A+

Mbappe üzr istədi

 

Fransa millisinin futbolçusu Kilian Mbappe Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyunu şərh edib.

Komandanın sonuncu penalti zərbəsini düzgün yerinə yetirə bilməyən 22 yaşlı hücumçusu özünün “Instaqram” səhifəsində yazıb: “Bunu unutmaq çətin olacaq. Penaltini qaçırdığım üçün məyusam. Buna görə üzr istəyirəm. Komandaya kömək etmək istədim, amma heç nə olmadı. Yuxuya getmək çətin olacaq, amma təəssüf ki, bu idman növünün enişi-yoxuşu var...

Bilirəm ki, siz azarkeşlər məyus oldunuz, amma yenə də dəstəyiniz və hər zaman bizə inandığınız üçün sizə təşəkkür etmək istərdim. Ən əsası qarşıdakı turnirlər üçün daha da güclənməkdir. İsveçrəni təbrik edirəm və uğurlar arzulayıram”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video