02:59 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mayın 31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının sonuncu iclası keçiriləcəkdir
ANA SƏHİFƏ / PARLAMENT
06:05 31.05.2013

 

Mayın 31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının sonuncu iclası keçiriləcəkdir. AzərTAc xəbər verir ki, iclasın gündəliyinə 23 məsələ daxil edilmişdir.

Milli Məclis Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimini təyin edəcək, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanunu, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında, mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında və təslimetmə haqqında müqavilələri təsdiq edəcəkdir.

Bundan başqa, iclasda "İcra haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", "Sosial müavinətlər haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Avtomobil yolları haqqında" qanunlara, eləcə də Azərbaycan Respublikasının Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Torpaq məcəllələrində və  Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər ediləcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM