22 Avqust 2021 00:30
893
Elm və texnika
A- A+

Marqarinin yaradılması ideyasını Fransa kralı verib

 

Bu gün dünyada çox geniş istifadə edilən yağlardan olan marqarin Qərbi Avropada yağların az olduğu bir dövrdə - 1869-cu ildə Fransa kralı III  Napoleonun insanların kərə yağına olan ehtiyacının əvəzlənməsi üçün elm adamlarına etdiyi çağırış əsasında hazırlanıb. Marqarini fransız kimyaçısı  Hippolyte Mege-Mouries icad edib. Müasir marqarin yağı, əsasən, qarğıdalı, pambıq toxumu, soya və günəbaxan daxil olmaqla, ümumən, bitki yağlarından hazırlansa da, ilk marqarin yağı heyvan yağlarından düzəldilib.

Marqarin zaman keçdikcə kərə yağını almağa imkanı çatmayan kasıblar üçün əsl sərfəli yağ olub.

Sənayeləşmənin inkişafı marqarinin istehsalının gemişlənməsinə səbəb olub. Marqarinin istehsalı İkinci Dünya müharibəsindən sonra artıb, onun istehsalı üçün böyük zavodlar da inşa edilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video