21:06 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Maraqla oxunan qəzet
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
03:03 11.03.2012

 

"Qusar" qəzeti 1932-ci ildə Hil rayon partiya təşkilatı və icraiyyə komitəsinin orqanı kimi fəaliyyətə başlamışdır. O zaman ləzgi dilində "Sosializm tempi" adı altında işıq üzü görən qəzet rayonun ictimai həyatında əlamətdar hadisə idi.

Bu qəzet zamanın xronikasını əks etdirməklə yanaşı, əhalinin savadlanmasında, maariflənməsində böyük yardımçı  oldu. İlk redaktoru Nurəddin Şərifov olan "Sosializm tempi"nin  səhifələri əli qələm tutanların üzünə həmişə açıq olub. Sonradan məşhurlaşan neçə-neçə qələm sahibinin ilk yazıları, bitib-tükənməz xalq yaradıcılığı nümunələri də bu qəzetdə dərc edilib.

"Qusar" qəzeti İkinci Dünya müharibəsi illərində, Qarabağ uğrunda gedən döyüşlər zamanı qusarlıların şücaətindən bəhs edən yazılar vermiş, ən çətin vaxtlarda belə nəşrini dayandırmamışdır. Dərc olunan yazılarda insan amilini əsas götürən redaksiya kollektivi  bütün dövrlərdə dövlətçilik naminə aparılan təbliğatın öncülü olmuşdur. Öz oxunaqlığıyla seçilən qəzet rayon ictimaiyyətinin stolüstü vəsaitidir desək, səhv etmərik.  "Qusar" qəzeti respublikanın rayon mətbu orqanları arasında birinci olaraq ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, bilgisayar  mərkəzini yaratmışdır. 1250 nüsxəlik tirajla ayda iki dəfə, rəngli  çap olunan qəzet yeniləşməklə bərabər, özünəməxsus ənənələri bu gün də davam etdirir. Onun səhifələrində Azərbaycan və ləzgi dillərində müxtəlif səpkili yazılar dərc edilir.

 Dövlətimiz tərəfindən qəzet kollektivinin əməyi daim yüksək qiymətləndirilmiş, dəfələrlə fəxri fərmanlarla, Azərbaycan Jurnalistlər Birliyinin diplomları ilə təltif edilmişdir. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə "Qusar"ın redaktoru Vidadi Sezixanova ötən il "Əməkdar jurnalist" fəxri adı verilmişdir.

 

Nurmət ZƏKİYEV,

Qusar rayonu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM