23:03 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN

ANA SƏHİFƏ / ELANLAR
00:15 08.04.2021

 

(MƏSLƏHƏT XİDMƏTLƏRİ)

 

Azərbaycan Respublikası

Məşğulluğa Dəstək Layihəsi

Layihənin İD №: P171250

Tapşırığın adı: Təlimçilər üçün təlim keçirilməsi üzrə Ustad Təlimçi (Master Trainer) üçün Məsləhət Xidməti

İstinad Nömrəsi. (Satınalma Planına uyğun olaraq): AZ-MLSPP-227975-CS-INDV

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini məsləhət xidmətlərinin satın alınmasına yönəltmək niyyətindədir.

Məsləhət xidmətləri (“Xidmətlər”) ÖMP üzrə biznes təcrübələrin gücləndirilməsi və təlim proseslərinin qiymətləndirilməsi üçün istifadə olunan BƏT-in hazırki “Öz biznesini yarat və təkmilləşdir” (ÖBYT) tədris modulu üzrə təlimçilər üçün təlimlərin (TT) təşkili, o cümlədən TT təşkilindən sonra təlim keçirilmiş təlimçilərin 6 ay monitorinqi daxildir. Ustad təlimçi CovId-2019 pandemiyası ilə vəziyyəti nəzərə alaraq TT üzrə təlimlərin onlayn rejimində təşkil edilməsinə hazır olmalıdır.

Ətraflı Texniki Tapşırıq ilə aşağıdakı linkdən tanış olmaq olar: https://drive.google.com/file/d/1ITaaq89gp1PFVPR_1tyb3DiRVhQYJj4v/view?usp=sharing

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi, uyğun mütəxəssisləri (“Məsləhətçi”) xidmət göstərməkdə maraqlı olduqlarını bildirmək üçün dəvət edir. Maraqlanan mütəxəssislər öz CV formalarını təqdim etməlidirlər.

Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının, 2017-ci il noyabr və 2018-ci il avqust aylarında yenidən baxılmış (“Satınalma Qaydaları”), iyul 2016-cı il tarixli “İLM üzrə Borcalanlar üçün Satınalma Qaydaları” sənədinin Bölmə III, 3.14, 3.16 və 3.17-ci bəndlərinə yönəldilir ki, bu da Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təyin edir.

Məsləhətçilərin seçim prossesi, Satınalma Qaydaları sənədinin Bölmə VII, 7.34-7.37-ci bəndlərinə uyğun olaraq Fərdi Məsləhətçilərin Açıq Rəqabətli Seçimi metoduna uyğun olaraq seçiləcəkdir.

Əlavə məlumatı iş saatı ərzində (bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-a kimi) aşağıda göstərilən ünvandan əldə etmək olar.

Maraq məktubları 28 aprel 2021-ci il tarixədək aşağıdakı ünvanlara (şəxsən, məktub şəklində, faks və ya elektron poçt vasitəsilə) göndərilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi

Kimə: Hüseynqulu İsmayılov, Satınalma üzrə mütəxəssis

AZ1100, Nazim Hikmət 27, Rich Plaza, giriş №-1, 2-ci mərtəbə

Bakı, Azərbaycan

Tel.: (994 12) 5253449 E-mail: [email protected]

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM