19 May 2021 01:05
736
SİYASƏT
A- A+

Manlio Di Stefano: “Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik”

 

Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano mayın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündən sonra bildirib.

O qeyd edib ki, görüşdə bütün istiqamətlərdə, xüsusilə də ticarət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin inkişafı üçün atıla biləcək addımlar ətrafında söhbət aparıldığını vurğulayan Manlio Di Stefano bildirib: “İnanıram ki, parlamentlərarası əlaqələr münasibətlərin ikitərəfli inkişafına töhfə verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video