20:17 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mançinidən qələbə şərhi

ANA SƏHİFƏ / İDMAN
00:33 13.06.2021

 

“Avro-2020”nin açılış matçında Türkiyəyə qalib gələn (3:0) İtaliya millisinin baş məşqçisi Roberto Mançini bu görüş haqqında fikirlərini bölüşüb.

İtaliyalı çalışdırıcı çətin oyun keçirdiklərini diqqətə çatdırıb: “Bu oyun elə də asan olmadı. Qrupda həqiqətən də bir bərabərlik olacaq. Yaxşı bir komandaya qarşı çıxış etdik. Bundan sonrakı matçlar daha da çətin olacaq. Türkiyə və Uels milliləri yaxşı komandalardır. Bu gün Türkiyə yığmasının futbolçularına seçim şansı vermədik və boş mövqe yaratmadıq. Aramızdakı fərq bu idi.

Belə matçlarda hər şeyə ehtiyacınız olur. Tribunalardakı azarkeşlərimizin dəstəyi bizə kömək etdi. Xoşbəxtik. Düşünürəm ki, komanda həqiqətən də yaxşı oynadı. Topu sürətlə hərəkət etdirməyimiz, ötürməni almaq üçün futbolçularımızın düzgün mövqedə olması əsas rolu oynadı. Yarışa yaxşı başlamağımız vacib idi. Azarkeşlərimiz və bütün italiyalıları sevindirdiyimiz üçün xoşbəxtik. Bu axşam çox gözəl keçdi və ümid edirik ki, növbəti matçlarda daha çox şey edə bilərik. Bu hələ son deyil. Qarşıda 6 oyun var”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM