28 Aprel 2021 12:38
462
SİYASƏT
A- A+

Malayziya qəzeti: Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülhə nail olmaq çətindir

 

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda tanınmış nəşrlərdən olan “New Straits Times” qəzetində “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülhə nail olmaq çətindir” sərlövhəli geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə tarix boyunca Azərbaycan ilə münasibətində Ermənistanın etibarlı qonşuluq nümayiş etdirmədiyi, “Böyük Ermənistan” ideologiyasının təsiri ilə XX əsrin əvvəllərindən 44 günlük Vətən müharibəsinə qədər günahsız azərbaycanlıları qətlə yetirdiyi, xarici havadarların dəstəyi ilə dəfələrlə Azərbaycan torpaqlarını işğal etdiyi qeyd olunur. Lakin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyevin bu sənədi mahiyyət etibarilə müharibədən sonrakı dövr üçün Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı inam və davamlı əməkdaşlığı təşviq etmək gücünə malik de-fakto sülh sazişi hesab etdiyi vurğulanır. Həmçinin Azərbaycan Prezidentinə istinadla, 10 noyabr Bəyanatı ilə Qarabağ münaqişəsinin başa çatdığı qeyd olunur.

Qanlı müharibənin başa çatmasından qısa müddət sonra Prezident İlham Əliyevin sülh və əməkdaşlıq yönündə birmənalı mövqe və böyük cəsarət nümayiş etdirdiyi, bu səpkidə Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilərin rayonu tərk etməsi üçün üçtərəfli Bəyanatda nəzərdə tutulan vaxtdan əlavə daha 10 gün möhlətin verilməsi, əsirlərin və saxlanılan digər ermənilərin geri qaytarılması, 1400-dən çox erməni hərbçisinin cəsədlərinin Ermənistana təhvil verilməsi, Gorus-Qafan yolunun işğaldan azad edilmiş və hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətində olan hissəsindən Ermənistan vətəndaşlarının istifadəsi üçün icazənin verilməsi, eləcə də Rusiya təbii qazının Ermənistana nəqli üçün Azərbaycan ərazisindən istifadəyə şəraitin yaradılması kimi mühüm addımlar atdığı vurğulanır.

Lakin qonşu ölkələr arasında davamlı sülh və əməkdaşlıq münasibətlərinin birtərəfli qaydada təmin olunmasının mümkünsüzlüyü bildirilərək, Ermənistan rəhbərliyinin nəinki beynəlxalq humanitar hüquqdan və 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədiyi, hətta öz əhalisini sülhə hazırlamaq üçün kiçik təşəbbüskarlıq belə göstərmədiyi nəzərə çatdırılır. Qeyd olunur ki, bununla belə, Ermənistanın bu münasibəti müharibə sonrası ruhdan düşmüş və yaxud hər hansı siyasi rəhbərliyin travma sonrası davranış pozuntusu kimi qəbul edilməməlidir. Bu məsələ əsasən Ermənistanın siyasi mədəniyyətində Azərbaycana qarşı uzun illərdir kök salmış zərərli iddialarla əlaqədardır. Lakin bu vəziyyətin müalicəsinin yükü Ermənistan əhalisinin, bu prosesin təşviq edilməsi məsuliyyəti isə beynəlxalq dairələrin üzərinə düşür.

Məqalədə sülh prosesi ilə bağlı təşəbbüskarlığın təxribata məruz qalmasında erməni diasporunun da xüsusi rolunun olduğu vurğulanır, Ermənistan rəhbərliyinin mütəmadi şəkildə diaspor dairələrinin törətdiyi təxribatlardan faydalanaraq, gündəlik yaşayış ehtiyacları üçün mübarizə aparan sadə ermənilərə təsir göstərdiyi qeyd edilir. Bu səbəbdən Ermənistanın növbəti dəfə qurban rolu oynayaraq, müharibə travması bəhanələrinin arxasına gizlənməsinə və beləliklə, 10 noyabr Bəyanatından irəli gələn sülh quruculuğu öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasına icazə verilməməli olduğu vurğulanır.

Məqalədə Prezident İlham Əliyevin aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışına xüsusi yer ayrılır. Sülh quruculuğunun təmin edilməsində Azərbaycan Prezidentinin aparıcı beynəlxalq təşkilat və QHT-lər ilə birgə əməkdaşlığa önəm verdiyi nəzərə çatdırılır.

Yazıda beynəlxalq institutların bu istiqamətdə ilk və səmərəli addım kimi Azərbaycanın vaxtilə işğal altında olmuş və Ermənistan tərəfindən minalanmış ərazilərinin xəritələrini əldə etməsinin vacibliyi diqqətə çatdırılır. Belə bir nailiyyətin Azərbaycan ilə Ermənistan arasındakı dinc qonşuluq münasibətlərinin qurulması ümidinə önəmli töhfə verəcəyi vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video