07 Iyul 2021 00:26
819
Təhsil
A- A+

“Magistrant” dövri-elmi jurnalının ilk nömrəsi nəşr olunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ərəfəsində təsis etdiyi, Ədliyyə Nazirliyində mətbu nəşrlərin dövlət qeydiyyatı reyestrinə daxil edilən, beynəlxalq standart seriya nömrəli (ISSN 2788-6964) “Magistrant” dövri-elmi jurnalının ilk nömrəsi nəşr olunub.

ADPU-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın ilk nömrəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, AMEA-nın institutlarında təhsil alan magistrantların aktual elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən 30 məqalə (Azərbaycan, ingilis və rus dillərində) yer alıb.

Jurnalın baş redaktoru ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun rəhbərliyi ilə redaksiya heyətində təmsil olunan nüfuzlu alimlərin rəyləri əsasında çap olunan məqalələr fizika-riyaziyyat, texnika, təbiət, humanitar, ictimai və pedaqoji-psixoloji elmlər sahələrini əhatə edir.

İnanırıq ki, “Magistrant” dövri-elmi jurnalı magistrantların elmi yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsinə və inkişafına töhfə verəcək, elmi-tədqiqat işlərinin nəticələrinin elmi ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video