09:51 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Macar jurnalist azərbaycanlı həmkarlarının minaya düşərək həlak olmasına görə təəssüfləndiyini bildirib
 
ANA SƏHİFƏ / SİYASƏT
18:54 10.06.2021

Məşhur macar jurnalisti və publisist Peter Erdeyi Azərbaycanın Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin və yerli icra hakimiyyəti nümayəndəsinin minaya düşərək faciəvi şəkildə həlak olması xəbərinə görə sarsıldığını bildirib.

AZƏRTAC-ın respondenti agentliyin xüsusi müxbiri ilə söhbətində qeyd edib ki, hər bir jurnalist onun həmkarlarının öz xidməti borcunu yerinə yetirərkən həlak olmasını özünün şəxsi kədəri kimi qəbul edir. O deyib: “Jurnalistlər hansı qitədə, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, həmişə təhlükəsiz şəraitdə işləmək imkanına malik olmalıdır”.

Peter Erdeyi Sirac Abışovun, Məhərrəm İbrahimovun və Arif Əliyevin doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbir diləyib.

Dəfələrlə Avrasiyanın müxtəlif guşələrindəki qaynar nöqtələrdə olmuş P.Erdeyi işğaldan azad edilmiş Qarabağ rayonlarına da səfər etməyi planlaşdırır. Macar həmkarımız deyib: “Mən bizim peşə nümayəndələrini gözləyən təhlükəni həmişə hiss edirəm və üzərimizə düşən böyük məsuliyyəti xüsusi vurğulamaq istəyirəm. Çox vaxt biz həqiqəti dünyaya çatdırmaq üçün həyatımız riskə məruz qoyuruq. Bu isə bəşəriyyətin həqiqət naminə verməyə hazır olduğu ən böyük dəyərdir”.

Xatırladaq ki, iyunun 4-də içərisində Azərbaycanın işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan jurnalistlərin olduğu avtomobilin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha dörd nəfər xəstəxanaya yerləşdirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM