16 Sentyabr 2021 12:53
720
DÜNYA
A- A+

Los-Ancelesin 6 polis zabiti şəhər administrasiyasını məhkəməyə verib  

Los-Ancelesdə altı nəfər polis işçisi şəhər administrasiyasını məhkəməyə verib. Onlar polis zabitlərinin də aid olduğu dövlət qulluqçuları üçün COVID-19-a qarşı vaksinasiyanın məcburi olması barədə qərarın federal məhkəmə tərəfindən ləğv olunmasını tələb edirlər.

AZƏRTAC xəbər verir ki, Kaliforniyada bir sıra şəhərlərin, o cümlədən Los-Ancelesin şəhər şurası oktyabrın əvvəlinə qədər dövlət qulluqçularının COVID-19-a qarşı tam vaksinasiyadan keçmələrini tələb edən qərarı bəyəniblər. Həmin qərara görə, əməkdaşlar ya COVID-19-a qarşı peyvənd olunmalı, ya da hər həftə COVID-19 testi keçməli və testin neqativ nəticəsini təqdim etməlidirlər.

Polislər iddianı keçən şənbə günü təqdim ediblər. İddiada bildirilir ki, həmin qərar əməkdaşların şəxsi həyatının toxunulmazlığı barədə konstitusion hüquqlarına və hüquq prosedurlarına ziddir. Bundan əlavə, iddia sənədində göstərilir ki, şəhər administrasiyasını məhkəməyə vermiş zabitlər arasında COVID-19 virusuna yoluxmuş və sağalmış şəxslər də var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video