20 Avqust 2020 12:13
916
Elm və texnika
A- A+

Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi fiziki zorakılığa dair hesabatın təqdimatı keçiriləcək


Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, "MG Consulting” şirkətinin və "Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yaradılmış beynəlxalq işçi qrupun bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən ağır fiziki zorakılıq və qeyri-insani nifrət hissi ilə üzləşməsinə dair hesabatının onlayn təqdimatı (mətbuat konfransı) keçiriləcək.

Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas-alim iştirak edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu hesabatın məqsədi iyulun 21-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan çoxsaylı ermənilərin daha az sayda yaşayan azərbaycanlılara ağır zorakı hücumunu araşdıraraq təhlil etmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər rəsmi orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan yerli və beynəlxalq təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.

Mətbuat konfransı saat 12.00-da "Zoom” proqramı vasitəsilə təşkil ediləcək. Tədbirdə iştirak etmək istəyən media nümayəndələrindən və insan hüquqları müdafiəçilərindən elektron ünvanlarını [email protected] göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün müraciət etmək olar: 055 331 1313 (Məhəmməd Quluzadə).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video