08:09 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Lonely Travel”: Azərbaycan 2020-ci ildə səyahətlər üçün ən yaxşı istiqamətlərin ilk onluğuna daxildir
ANA SƏHİFƏ / TURIZM
19:40 10.12.2019

İspaniyanın ən qocaman nəşrlərindən biri olan "La Vanguardia” qəzetində "2020-ci ildə səyahətlər üçün on ən yaxşı istiqamət” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, İspaniya nəşriyyatı ilə əməkdaşlıq edən "Lonely Travel” turoperatoru özünün "Best in Travel” siyahısını təkrar nəşr edib. Gələn il üçün səyahətlərin reytinq siyahısına qiymət və keyfiyyət nisbətləri ən münasib olan ölkələr, regionlar, şəhərlər və istiqamətlər daxil edilir.

"Lonely Travel” nəşrinin müəllifləri növbəti dəfə səyahətə çıxarkən sərf edilən hər qəpiyin müqabilində ləzzət almaq istəyənlər üçün on anklav seçiblər.

Bələdçiyə daxil edilmiş on ən yaxşı istiqamət arasında Azərbaycan da var. Nəşrdə yazılır: "Cənubi Qafqazda yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkandır. Bu səbəbdən ölkə daha da cəlbedici olub. Azərbaycan öz təbii gözəllikləri, sahilyanı rayonların fərqli landşaftı ilə qonaqları heyrətləndirir. Respublikanın paytaxtı Bakı şəhəri orta əsrlərə aid qala ilə məşhurdur. Buradakı tikililər ən müasir memarlıq nümunələri ilə heyrətamiz təzad təşkil edir. Bütün bunlar sizə az görünürsə, bunu da əlavə edək ki, Azərbaycan dünyada ən ucuz ölkələrdən biridir”.

Ən yaxşı turizm istiqamətləri siyahısına Şərqi Nusa Tenqara (İndoneziya), Budapeşt (Macarıstan), Madhya-Pradeş (Hindistan), Buffalo (ABŞ), Serbiya (Tunis) və Keyp Uaynlends də (Cənubi Afrika) daxildir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM