10 Iyul 2014 08:07
430
Elm və texnika
A- A+

LG uşaqları izləməyə imkan verən qolbaqların anonsunu təqdim etmişdir

Cənubi Koreyanın LG şirkəti balaca uşaqların valideynlərinin onları izləməsinə imkan verən KizON qolbağının anonsunu təqdim etmişdir. Bu barədə LG şirkətinin saytında xəbər verilir.

Şirkətin saytındakı xəbərdə deyilir: “KizON məhz məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar üçün yaradılmışdır. Qurğu GPS və Wi-Fi vasitəsilə real vaxt rejimində geolokasiya informasiyasını ötürür və beləliklə, valideynlərin smartfon vasitəsilə uşaqlarını izləməsinə imkan verir”. Valideynlər həmçinin uşağın hər hansı bir konkret yerdə nə vaxt olacağından xəbər tuta biləcəklər.
Bundan başqa, KizON qolbağında bir düyməni basmaqla uşaq oraya yazılmış nömrəyə zəng edə biləcəkdir. Qurğunu 4.1 və daha yüksək platforma versiyasında Android-smartfona qoşmaqla nömrəni yazmaq olar.
Valideynlər də uşağın qolundakı qurğuya zəng edə bilərlər, özü də yalnız müəyyən olunmuş nömrələrin zəngləri düşəcəkdir. Əgər uşaq 10 saniyə ərzində zəngə cavab verməsə, KizON avtomatik surətdə mikrofonu işə salacaqdır ki, valideyn uşağın ətrafında nə baş verdiyini eşitsin.
İstehsalçının bildirdiyinə görə, qurğu cərəyan mənbəyinə qoşulmadan 36 saat işləyə bilər. Cərəyan bitdikdə valideynlərə smartfonla xəbər gələcəkdir. KizON qolbağı rütubətədavamlı poliuretandan hazırlanmışdır, multfilm personajları ilə tərtib olunmuş bu qurğu mavi, çəhrayı və yaşıl rənglərdə buraxılacaqdır.
KizON qolbaqlarının satışı Cənubi Koreyada bu gün, iyulun 10-da başlanacaqdır, ilin sonunadək bu qurğu Avropa və Şimali Amerika bazarlarında satışa çıxarılacaqdır. Qacetin dəyəri dəqiq göstərilmir.
Hazırda daşınan elektronika texnologiya bazarının ən aktual trendlərindən biridir. IDC proqnozlarına görə, 2014-cü ildə bu tip qurğuların satışı üçqat artacaq və 19 milyon vahidə çatacaqdır. İstehsalçılar istifadəçiləri uşaq yaşından qacet gəzdirməyə öyrətməklə özləri üçün gələcəyin potensial loyal auditoriyasını yarada biləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video