25 Avqust 2021 00:26
1146
İQTİSADİYYAT
A- A+

Lerikli fermerlər dövlət dəstəyindən maksimum yararlanmağa çalışırlar

 

Lerik dağlıq ərazidə yerləşən aqrar rayondur. Onun ümumi ərazisi 108 min 360 hektardır. Bunun 55 min 896 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Həmin torpaqların 13 min 645 hektarı əkinə yararlı, 382 hektarı çoxillik bitkilər altında, 3 min 463 hektarı biçənək, 38 min 406 hektarı örüş sahəsidir.

Torpaq islahatı ilə bağlı keçmiş kolxoz və sovxozlara məxsus olan 11 min 366 hektar əkinə yararlı torpaq sahəsi isə vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Rayon üzrə həmçinin 40 min 306 hektar dövlət meşə fondu və 4 min 950 hektar yay otlaq sahəsi vardır.

İndi də cari mövsümdə aqrar sektorun əsas sahələri üzrə əldə olunan nəticələr barədə. 2021-ci ilin məhsulu üçün əkilmiş 3 min 10 hektar payızlıq və yazlıq taxıl sahəsində 6 min 908,3 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 22,9 sentner olmuşdur. O cümlədən 2 min 720,5 hektardan 6 min 344,6 ton (məhsuldarlıq 23,3 sentner) buğda, 136,5 hektardan 273 ton (məhsuldarlıq 20 sentner) arpa, 153 hektardan 290,7 ton (məhsuldarlıq 19 sentner) çovdar biçilmişdir. 177 hektarda isə dənli-paxlalı bitkilər əkilmişdir. Həmin sahələrdən 145,5 hektarının məhsulu yığılmış, 232,8 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 16 sentner olmuşdur.

Onu da qeyd edək ki, taxıl biçinində 4 ədəd müasir “New Holland” dağ kombaynından istifadə olunmuşdur. Taxıl biçini ötən illə müqayisədə 10 gün tez başa çatdırılmış, məhsul itkisiz yığılmışdır.

Rayon üzrə cari mövsüm həmçinin 343,5 hektar sahədə tərəvəz bitkiləri əkilmişdir. İndiyəcən 2 min 256 ton soğan, 558,8 ton sarımsaq, 39 ton pomidor, 51,2 ton xiyar, 71,8 ton kələm, 6 min 847,4 ton kartof və s. istehsal olunmuşdur.

Heyvandarlıqda da vəziyyət yaxşıdır. Heyvanların cins tərkibini dəyişmək, bu yolla məhsuldarlığı artırmaq üçün rayonumuzda ayrı-ayrı vətəndaşlar lizinq yolu ilə 62 baş heyvan almışlar. Süni mayalanma yolu ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər davam edir. Rayon üzrə bu ilin 6 ayında 562 baş qaramalda süni mayalanma aparılmış, 202 baş buzov alınmışdır.

Lerik təbii balı ilə də məşhurdur. Təsərrüfatlarımızda 20 minə yaxın arı ailəsi bəslənilir. İl ərzində rayon üzrə 150 tondan çox bal istehsal edilir. Söz düşmüşkən onu da bildirək ki, arıçılığın inkişafı üçün rayon icra hakimiyyəti ölkədə fəaliyyət göstərən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti təşkilatı ilə birgə Piran kəndində balqablaşdırma sexinin tikintisinə nail olmuşdur.

 

Habil MƏLİKOV,

Lerik İcra Hakimiyyəti başçısının müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video