02 Aprel 2014 07:04
391
Səhiyyə
A- A+

Lerikdə əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir

Aprelin 2-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova aksiyanın gedişi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üzrə qrafik tərtib olunmuşdur. Müayinələr 2010-cu il iyunun 25-də Prezident İlham Əliyevin Lerikə səfəri zamanı açılışı olmuş mərkəzi rayon xəstəxanasında aparılır. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün burada ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Tibbi heyət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Müayinələr nəticəsində hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
İclasda müzakirə olunan məsələ ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinin hesabatları dinlənilmişdir. Bildirilmişdir ki, indiyədək rayon üzrə 6637 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 462 nəfəri ambulator, 56 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 18 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Rayonun 64 yaşayış məntəqəsində əhalinin tibbi müayinələrdən keçirilməsi başa çatmışdır.
Yığıncaqda çıxış edənlər ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, humanitar aksiyasının əhəmiyyətindən danışmış, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video