10 Iyun 2021 00:18
554
ELANLAR
A- A+

Lerik Rayon İcra Hakimiyyəti Lerik rayonunun Pirzəküçə, Xəlifəküçə və Osnağaküçə kəndlərinə gedən avtomobil yollarının təmiri işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir

 

İşlərin yerinə yetirilmə müddəti 2021-ci il ərzində.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini elektron satınalmaların vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:   

Aşağı qiymət, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 350,00 (üç yüz əlli) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu elektron satınalmaların vahid internet Portalı (www.etender.gov.az)  vasitəsilə əldə edə bilərlər:

Ad: Lerik Rayon İcra Hakimiyyəti

Ünvan: Lerik şəhəri, H.Əliyev meydanı-1

VÖEN: 6300010701

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Bankın VÖENi: 1401555071

Bankın kodu: 210005

Muxbir hesab: AZ41NABZ01360100000000003944

Hesablaşma hesabı: AZ05CTRE00000000000002512331

S.W.I.F.T: CTREAZ22

Büdcə təsnifat kodu: 142330

Fond: 7Y

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (tenderin baş tutduğu tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub olmaması barədə arayışlar;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;

- iddiaçının nizamnaməsi və dövlət reyestrindan çıxarışın surəti;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının fəaliyyət növləri haqqında mövcud olan lisenziyanın surəti;

- iddiaçının iş təcrübəsi haqqında məlumat;

- iddiaçının kadr imkanları haqqında məlumat;

- iddiaçının istehsal-texniki imkanları haqqında məlumat;

- iddiaçının məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması haqqında məlumat.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla ) 02 iyul 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank zəmanətini isə 12 iyul 2021-ci il saat 18:00-a qədər elektron satınalmaların vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə  təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinə 13 iyul 2021-ci il saat 12:00-da elektron satınalmaların vahid internet Portalı (www.etender.gov.az) vasitəsilə baxılacaqdır.

Əlaqələndirici şəxs: Asiman Tağızadə (telefon: (025) 274 4951.                                                                                  

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video