15 Oktyabr 2021 16:25
794
SİYASƏT
A- A+

Leonid Slutski: Prezident İlham Əliyev Qarabağı Azərbaycana qaytarmaqla adını əbədiləşdirib  

Azərbaycanın Prezidenti İlham Əliyev dahi Heydər Əliyevin işini davam etdirərək, Qarabağı Azərbaycana qaytarmaqla adını əbədiləşdirib.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib.

Rusiyalı deputat qeyd edib ki, Azərbaycanın Lideri bu günlərə addım-addım gəlib çıxıb. “Tarixi həqiqət qalib gəldi, Prezident İlham Əliyev xalqının tarixinə və münaqişələrin həlli tarixinə düşdü”, - deyə L.Slutski bildirib.

“İndi çox zərər görmüş bu torpağın sakinlərinin rifahı ilə bağlı daha çətin bir problemi həll etmək lazımdır", - deyən rusiyalı deputat qeyd edib ki, Prezident İlham Əliyev o torpaqlarda müasir infrastruktur yaratmaq istəyir və buna mütləq nail olacaq. Azərbaycan həlli çətin görünən bir çox vəzifələrin öhdəsindən gəlib. Azərbaycan yoxsulluqla mübarizə proqramı keçib, ölkə enerji baxımından müstəqil olub, postsovet məkanında ən çiçəklənən iqtisadiyyatlardan birinə malikdir. Təbii ki, bu vəzifələr həllini tapacaq”.

L. Slutskinin sözlərinə görə, burada əsas rolu Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr, iki ölkənin parlamentlərarası əməkdaşlığı oynayacaq.

Rusiya ilə Azərbaycan arasındakı təmasların iki xalqın mənafeyi naminə genişlənəcəyinə ümid etdiyini bildirən deputat qeyd edib: "Bir daha demək istərdim, indi gündəlik işlə məşğul olmalıyıq. Düşünürəm ki, belə də olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video