18:23 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Lənkəranda daha bir bulaq şəhid adını daşıyır

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:31 07.09.2021

 

Lənkəranda şəhid ailələrinin adlarının əbədiləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Küçələrə şəhidlərin adları verilir, xatirə guşələri yaradılır, şəhid bulaqları açılır.

Bu günlər Girdəni kəndi ərazisində şəhid Emil Vaqif oğlu Qurbanovun adına tikilmiş bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, şəhid ailə üzvləri və qazilər iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun qəhrəmanlığı, xalqın birliyi hesabına qazanılan Zəfər sayəsində torpaqlarımız uzunmüddətli düşmən işğalından azad olunub, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib.

Bütün bunlara, əlbəttə, şəhid və qazilərimizin qanı ilə nail olmuşuq. Onlar əsl qəhrəmanlardır. Şəhid Emil Qurbanov da bu qəhrəmanlardan biridir. O, ehtiyatdakı zabit olub. Ailəli olmasına baxmayaraq, çağırış məntəqəsinə gəlib döyüş bölgəsinə göndərilməsini xahiş edib. Əsl vətənpərvər kimi əsgər yoldaşları ilə döyüşə atılan Emil düşmənə ağır zərbələr vuraraq  torpaqlarımızın azad olunmasında böyük şücaət göstərib. Emil Qurbanov qəhrəmancasına həlak olub. Onun rəşadəti gənclərə nümunədir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ü.Əliyeva, şəhidin həyat yoldaşı və şəhid Vüsal Kazımovun atası, Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımov çıxış edərək şəhidlərin adlarının əbədiləşdirilməsinə və şəhid ailələrinə göstərilən yüksək diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Seyran CAVADOV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM