29 Mart 2014 12:03
419
Səhiyyə
A- A+

Lənkəran sakinləri: Bu nəcib təşəbbüs həqiqətən yüksək qiymətə və alqışa layiqdir

Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da əhalinin tibbi müayinəsi uğurla davam edir. Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin AzərTAc-a verdiyi məlumata görə, humanitar aksiyaya başlanıldığı gündən martın 28-dək rayonun 18 yaşdan yuxarı 102 min 896 nəfər sakinindən 22 min 608 nəfəri müayinələrdən keçmişdir.

Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 1208 nəfəri ambulator, 301 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 64 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Humanitar aksiya ilə bağlı rayon sakinlərinin də fikirlərini öyrəndik. Onlar əhalinin sağlamlığına göstərilən dövlət qayğısından hədsiz razılıqlarını bildirdilər.
Azad Hüseynov (Moloja kənd sakini): - Mən müəlliməm. Kənd sakinlərinin ümumi fikrini ifadə edərək deyə bilərəm ki, əhalinin pulsuz tibbi müayinələrə cəlb olunması Prezident İlham Əliyevin vətəndaşların sağlamlığına yüksək qayğısından xəbər verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Bu nəcib təşəbbüs həqiqətən yüksək qiymətə və alqışa layiqdir. Buna görə bütün kənd camaatı adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Emin Qafarov (Lənkəran şəhər sakini): - Mən də bu fikirlərə tam şərikəm. Uzun müddət idi ki, səhhətimlə bağlı bəzi narahatçılıqlarım vardı. Dövlətimizin başçısının yaratdığı imkandan istifadə edərək rayon xəstəxanasında pulsuz tibbi müayinələrdən keçdim. Burada yaradılmış şəraitdən, həkimlərin səmimi, həssas münasibətindən çox razı qaldım. Buna görə dövlətimizin başçısına “Çox sağ olun” deyirəm.
Solmaz Həşimova (Lənkəran şəhər sakini): Pulsuz tibbi müayinə xüsusən biz pensiyaçıların ürəyincədir. Hamı kimi, mən də müayinələrdən keçdim. Həkim kollektivinin qayğıkeşliyinə, müayinə üçün yaradılan şəraitə söz ola bilməz. Bizə belə bir imkan yaratdığına gərə dövlətimizin başçısına təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video