06:39 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Lələtəpədən Şuşayadək...

ANA SƏHİFƏ / SİYASƏT
00:52 23.09.2021

 

İlham Əliyevin Cocuq Mərcanlıda səsləndirdiyi bəyanat üç il sonra gerçəkləşdi

 

2017-ci il 14 iyul, Cəbrayıl rayonu.

İşğaldan azad edilən Cocuq Mərcanlı kəndində yenidən həyat canlanıb və 23 illik həsrətdən sonra kənd sakinləri doğma yurda qayıdırlar. Onların arzularını gerçəkləşdirən İlham Əliyev də Cocuq Mərcanlıdadır. Həm Aprel döyüşlərinin qalib komandanı, həm də vədinə sadiq Prezident kimi... 

Dövlət başçısı hər zamankı kimi xalqın arasında, vətəndaşının yanındadır və qazanılan zəfərin xoş təəssüratlarını bölüşür. Nitqinin sonunda dünyaya, xüsusən də işğalçı Ermənistana mesaj ünvanlayır: “Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq”.

Bu, təsadüfən deyilən, xalqı yalan yerə ümidləndirən fikir deyildi. Çünki böyük etimad göstərərək onu özünə lider seçən xalq hər zaman İlham Əliyevə inanıb və güvənib. İlham Əliyev bu güvəni həyata keçirdiyi uğurlu siyasət, xalqa verdiyi vədlərə, sözlərə sadiqliyi ilə qazanıb. Ona görə də Cocuq Mərcanlıda səslənən bəyanat Azrəbaycan xalqının qələbəyə inamını daha da artırdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına bir daha vəlvələ saldı.

 

Əsir torpaqlarımıza açılan ümid qapısı

 

Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan yolun başlanğıcı, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə və digər əsir torpaqlarımıza açılan ümid qapısı oldu. Elə kəndin girişindəki lövhələrdə əksini tapan “Cocuq Mərcanlıdan Şuşaya” lövhəsi də hər kəsi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini də artırdı.

Ümumiyyətlə, Aprel döyüşləri böyük qələbənin çox mühüm bir anonsu idi. Aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun güclü zərbəsi nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.

Dörd günlük Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Ordumuzda özünə, gücünə inamının ən yüksək həddə çatmasında bu döyüşlər tarixi əhəmiyyət kəsb etdi. Müharibədə qələbə üçün ordunun ruh yüksəkliyi, hərbçilərin özlərinə inamı son dərəcə vacib amildir. Aprel döyüşləri Ermənistan ordusunda özünə inamı sarsıtdı, Azərbaycan Ordusu qarşısında duruş gətirməyin mümkün olmayacağı qorxusunu yaratdı.

Bir sözlə, Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdıldı və Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığının əsası qoyuldu.

Bu savaş Azərbaycan xalqının işğal altında olan torpaqların hərbi yolla azad ediləcəyinə inamını daha çox möhkəmləndirdi. Məhz Aprel döyüşlərindən sonra Azərbaycan cəmiyyətində birmənalı olaraq əminlik yarandı ki, torpaqlarımızı hərbi yolla azad etməyə ordumuz tam hazırdır.

Ali Baş Komandan Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə dedi ki, bu döyüşlər Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini təsdiq edən reallıqdır. İlham Əliyev bu sözləri elə-belə demirdi, Aprel savaşındakı qələbəmizə, ordumuzun qüdrətinə əsaslanıb deyirdi və çox keçmədi ki, hər vədinə, sözünə sadiq qalan İlham Əliyev xalqımızın ən böyük arzusunu reallığa çevirdi.

 

Tarixə yazılan “Dəmir yumruq” əməliyyatı

 

Aprel döyüşləri göstərdi ki, artıq Azərbaycanın istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan güclü ordusu var. Amma bu, heç də asanlıqla başa gəlməmişdi.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu prosesini uğurla davam etdirən Prezident İlham Əliyev üçün hər zaman bu məsələ bir nömrəli prioritet olaraq qalırdı. Hər il dövlət büdcəsi qəbul edilərkən Silahlı Qüvvələr üçün ayrılan vəsaitin həcmi daha da artırılırdı. Azərbaycan Ordusunun modernləşməsi istiqamətində çox uğurlu addımlar atılırdı. Bütün bunların nəticəsində ordumuzun maddi-texniki təminatı, döyüş əzmi ən yüksək səviyyəyə çatdırıldı. Lazım olan ən müasir silah-sursat, texnika alındı. Eyni zamanda ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunmağa başlandı. Hərbi təlimlər, hazırlıqlar şəxsi heyətin döyüş qabiliyyətini daha da möhkəmləndirdi.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri isə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən qığılcım oldu.

Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin illərlə gözlədiyi əmri verdi. Ordumuz əks həmlə hücumla Qarabağın azadlığı uğrunda Vətən müharibəsinə başladı.

Ölkədə Prezident-Xalq-Ordu birliyi vahid dəmir yumruqda birləşdi və igid oğullarımızın şücaəti, rəşadəti Azərbaycanı şanlı qələbəyə apardı.

Sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində, həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq. Ali Baş Komandanın dünya liderləri ilə danışıqları zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi qələbəyə gedən yolda ordumuza stimul oldu. İlham Əliyevin dönməz iradəsi Azərbaycan əsgərinin döyüş ruhunu artırdı, qələbə inamını daha da gücləndirdi.

Məhz İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə Qarabağı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Cocuq Mərcanlıdan başlanan Zərəf yolunda inamla irəliləyərək Şuşanı fəth etdi və 30 illik işğala son qoyuldu.

İlham Əliyev Şuşaya qalib Komandan kimi ayaq basdı və dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu.

Ordumuzun həyata keçirdiyi döyüş taktikası Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ali Baş Komandan isə bu müharibəni XXI əsrin yeni savaşı adlandırdı. Ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi hələ də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.

Bir sözlə, bu Zəfər İlham Əliyev diplomatiyasının hərbi-siyasi təntənəsi,

17 illik əzmkar fəaliyyətinin, müstəqil siyasətinin bəhrəsidir.

 

R.BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM