18 Oktyabr 2011 03:10
410
DÜNYA
A- A+

Latviya Prezidenti yeni koalisiyanı dəstəkləmədi

 

Latviya Prezidenti Andris Berzinş seçkilərin nəticələrinə görə yaradılmış yeni parlament koalisiyasını dəstəkləmir. Bu barədə "Teleqraf" qəzeti xəbər verir.

Ölkə başçısının fikrincə, bu günlərdə bir neçə deputatın tərk etdiyi alyans növbəti seçkilərədək duruş gətirə bilməyəcək.

Yeni koalisiyanı eks-prezident Valdis Zatlersin başçılıq etdiyi İslahatlar Partiyası, hakim "Birlik" bloku, habelə latış millətçiləri birliyi formalaşdırmışdır.

Ötən həftə məlum olmuşdur ki, yeni alyansın iştirakçıları artıq hökumətdəki yerləri bölüşdürmüşlər və kabinetin ilkin tərkibini Prezidentə təqdim etməyə hazırdırlar. Lakin bazar günü altı deputat gözlənilmədən İslahatlar Partiyasını tərk etmişdir. Onlar bu addımı "qərarların qəbul olunması prosesinin qeyri-demokratikliyi və qarşılıqlı etimadsızlıq"la əsaslandırmışlar.

Partiyadan çıxmış deputatlar "Birlik" blokunun lideri, Baş nazir Valdis Dombrovskisin rəhbərliyi altında koalisiya hökumətini dəstəkləyəcəklər. Amma onların gedişi ilə koalisiya formal olaraq səs çoxluğunu itirmişdir.

Konstitusiyaya uyğun olaraq yeni hökumətin təsdiqi prosedurunda iştirak edən Prezident əvvəllər bildirmişdi ki, yeni kabinetin formalaşdırılmasını Dombrovskisə həvalə etməyə hazırdır. İndi isə Berzinş qeyd edir ki, çoxluqdan məhrum olmuş koalisiyanı dəstəkləməyəcək. Bununla əlaqədar dövlət başçısı parlamentdə yer almış partiyaları koalisiya danışıqlarını davam etdirməyə çağırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video