23 May 2021 12:05
7871
Elm və texnika
A- A+

Laboratoriyada yaradılmış ürək orqanoidi həqiqi olduğu kimi döyünür

 

Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiyalar İnstitutunun əməkdaşları ürək orqanoidi yaradıblar. Bununla bağlı “Cell” jurnalında dərc edilmiş məqalədə təsvir olunan ürək orqanoidi embrional inkişafın 25-ci gününə uyğun gəlir.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, bu mərhələdə ürəkdə cəmi bir kamera olur. Buna baxmayaraq, ürək divarları lay-lay düzülmüş müxtəlif növ hüceyrələrdən ibarətdir: kardiomiosit (əzələ yığılma hüceyrələri), epitel hüceyrələri, birləşdirici toxuma fibroblastları. Onların yetişdirildiyi kök hüceyrələr müxtəlif konsentrasiyada xüsusi zülal siqnalları ilə emal olunub. Nəticədə kök hüceyrələrin lazımi zaman ardıcıllığında və lazımi məkan sırasında ixtisaslaşmış hüceyrələrə çevrilməsinə nail olunub.

Ölçüsü təxminən 2 millimetr olan ürək kamerası, əsl embrionda olduğu kimi, dəqiqədə 60-100 ritm ilə yığılıb. O, üç aydan çox döyünüb ki, bu da tədqiqatçılara embrional inkişafın gedişində ürəyin necə yarandığına və zədələnməyə necə reaksiya verdiyinə dair bir neçə vacib məqamı müşahidə etməyə imkan yaradıb. Məsələn, zədələnmiş ürək toxumalarında fibroblastların özünü necə apardığını görmək mümkün olub. Məməlilərin dölündə və yeni doğulanında ürək bərpa edilə bilər, lakin dərhal da bu qabiliyyəti itirir.

Buna görə də böyüklərdə infarktdan sonra məhv olmuş kardiomiositlər yeniləri ilə deyil, birləşdirici toxumalarla əvəzlənir. Alimlər ürək orqanoidində birləşdirici toxuma hüceyrələrinin davranışını müşahidə etməklə, ola bilsin gələcəkdə yetkin insanlarda ürək əzələsinin bərpası yolunu tapa bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video