18:58 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kyelli şərik oldu, Donnarumma rekordu yenilədi

ANA SƏHİFƏ / İDMAN
00:31 13.06.2021

 

“Avro-2020”nin Türkiyəyə qarşı keçirilən açılış oyunu İtaliya millisinin kapitanı Corcio Kyellini üçün əlamətdar olub. İtaliya KİV-in xəbərinə görə, 36 yaşlı müdafiəçi 4-cü qitə birinciliyində meydana çıxıb.

Kyellini buna qədər 2008, 2012 və 2016-cı illərdəki Avropa çempionatlarında da iştirak edib. Mərkəz müdafiəçisi bu baxımdan rekorda şərik olan həmyerliləri Canluici Buffon və Alessandro Del Pyeronun göstəricisini təkrarlayıb.

İtaliya yığmasının qapıçısı Canluici Donnarumma isə böyük turnirlərdə “Skuadra Adzurra”nın heyətində meydana çıxan ən gənc qapıçı kimi tarixə düşəcək. O, 22 yaş 106 günlüyündə meydana çıxmaqla rekordu təzələyib. Ona qədər analoji rekord 23 yaş 342 günlüyündə qapısında dayanan Corcio Qetsiyə məxsus olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM