29 Dekabr 2011 02:12
324
CƏMİYYƏT
A- A+

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

 

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilmişdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, iclası açan Şuranın sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələlərdən danışmışdır.

Fondun icraçı direktoru Vüqar Səfərli əvvəlcə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə noyabrın

19-dan dekabrın 20-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat vermişdir. Müsabiqənin KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirildiyini xatırladan V.Səfərli fonda 76 yazının təqdim olunduğunu, onların 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirmişdir.

Sonra müsabiqənin nəticələri müzakirə edilmişdir. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış iki yazı qalib hesab edilmişdir.

Gündəlikdə dayanan ikinci məsələ barədə məlumat verən V.Səfərli fondun Nərimanov Rayon İcra Hakimiyyəti ilə 2011-ci il noyabrın 29-dan dekabrın 24-dək keçirdiyi müsabiqəyə 25 yazının təqdim olunduğunu bildirmişdir. Yazılar üç ekspert tərəfindən müəyyənləşdirilmişdir. Qiymətləndirilən yazılar MŞ-nin müzakirəsinə təqdim edilmişdir. Müsabiqənin şərtlərinə əsasən, birinci yer üzrə 1, ikinci yer üzrə 2, üçüncü yer üzrə 3 qalib müəyyənləşdirilmiş, 5 nəfərə isə həvəsləndirici mükafatın verilməsi barədə qərar qəbul olunmuşdur.

Müşahidə Şurasının üzvləri hər iki müsabiqənin nəticələrini yekdilliklə təsdiq etmişlər.

Müsabiqənin qalibləri dekabrın 29-da mükafatlandırılacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video