03 Dekabr 2011 01:12
611
Səhiyyə
A- A+

Kürdəmirdə səhiyyə xidmətinə diqqət artırılır

 

Kürdəmir rayonunun 106 mindən yuxarı əhalisinə 5 xəstəxana, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi xidmət göstərir. Tibb müəssisələrində çalışan 112 həkimdən biri tibb elmləri namizədi, ikisi isə əməkdar həkimdir.

Son illər ölkənin səhiyyə sistemində aparılan islahatlar Kürdəmir rayonuna da təsirsiz ötüşməyib. Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, lazımi müasir tibb avadanlıqları ilə təmin edilməsi baxımından rayonda xeyli iş görülüb.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zahid Əhmədov söhbət zamanı bildirdi ki, son dövrlər rayonda mərkəzi xəstəxananın poliklinika şöbəsi, Muradxanlı, Qarasaqqal, Qocalı kəndlərində həkim məntəqələri, Şahbəyli və Şüşün kəndlərində isə tibb məntəqələri tikilib istifadəyə verilib. Hazırda əsaslı təmir olunan mərkəzi rayon xəstəxanasının gələn il istifadəyə verilməsi nəzərdə tutulub.

Baş həkim onu da qeyd etdi ki, Karrar kənd xəstəxanası, Köhünlü, Xırdapay, Pirli, Ərəbqubalı, Atakişili həkim məntəqələri və Çöhranlı, Carlı, Ərəbxana kəndlərində tibb məntəqələri üçün yeni binaların tikilməsi də planlaşdırılıb.

Rayon mərkəzi xəstəxanasında 56 həkimə, 94 orta tibb işçisinə ehtiyac var. Bu vakant iş yerləri tutulsa, tibb xidmətinin kompleks tətbiqinə də imkan yaranar.

Əhaliyə göstərilən tibb xidməti ilə əlaqədar maarifləndirmə işlərinə də diqqət artırılır. Müntəzəm şəkildə kənd tibb məntəqələrində xidmətin vəziyyəti yoxlanılır, eyni zamanda narkomanlığın dəhşətləri ilə əlaqədar əhalinin məlumatlandırılması istiqamətində müzakirə xarakterli görüşlər keçirilir. Belə görüşlərdə mütəxəssislər əhalini maraqlandıran suallara ətraflı cavab verirlər.

2011-ci ilin aprel ayında Zərifə Əliyeva adına respublika Göz Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən rayondan 30 xəstə səyyar qaydada əməliyyat edilmiş, 500 nəfər isə müayinədən keçirilərək müalicə təyin olunmuşdur. Bu ilin may ayında isə Elmi Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunun əməkdaşları tərəfindən Kürdəmirin şəhər və kəndlərində yerləşən təhsil müəssisələrində 1009 məktəbli flüoqrafiya olunmuşdur. Bundan əlavə, ayrı-ayrı vaxtlarda ölkənin tanınmış tibb mütəxəssisləri Kürdəmirdə müxtəlif mövzularda elmi-praktik konfranslar keçirmişlər.

Şübhəsiz ki, tibb xidmətinin təşkilində nəqliyyat amili də mühüm rol oynayır. Bu baxımdan da müəyyən tədbirlər həyata keçirilir. Son dövrlər mərkəzi rayon xəstəxanasına 6 ədəd yeni nəqliyyat vasitəsi verilmişdir.

Şəkərli diabet xəstələri də daxil olmaqla, imtiyazlı xəstələrə lazımi diqqət göstərilir, onlar vaxtaşırı müayinə olunurlar. Qeyd edək ki, Kürdəmir rayonunda diabetli xəstələrin sayı 1675 nəfərdir.

Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, bu il rayonda infeksion xəstəliklərin sayı azalmış, malyariya xəstəliyi isə ümumiyyətlə qeydə alınmamışdır.

Son illər xəstəxanaya üçkabinəli rentgen aparatının, 6 ədəd stomatoloji qurğunun, ultrasəs aparatının və ginekoloji cərrahi dəstin alınması da rayon əhalisinə göstərilən səhiyyə xidmətinin yüksəldilməsindən xəbər verir.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video