05:03 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kürdəmirdə şəhidin xatirəsi anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:50 19.09.2021

 

Vətən müharibəsi şəhidi Pəhli Qəribovun doğum günü Kürdəmirdə uyuduğu şəhidlər xiyabanında ehtiramla yad edilib. Yaşasaydı 28 yaşını özü, yaxınları və dostları ilə qeyd edərdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasiminə gələn rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin dostları və ailə üzvləri Pəhli Qəribovun məzarı üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Mərasimdə çıxış edənlər vətənpərvər, el-obaya bağlı olan şəhidin həyat tarixçəsindən xatirələr söyləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Pəhilin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıblar.

Şəhidin anası Roza Qəribova oğluna, şəhidlərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, mərasimə gələnlərə təşəkkür edib.

Qeyd edək ki, Pəhli Xaləddin oğlu Qəribov 1993-cü ildə Kürdəmirdə anadan olub. 2012-ci ildə Naxçıvanda müddətli həqiqi hərbi xidmətini kəşfiyyatçı kimi başa vurub. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə düşmənlə çarpışıb, böyük şücaətlər göstərib, işğalçı erməni ordusunun xeyli canlı qüvvəsini və texnikasını məhv edib, ağır döyüş tapşırıqlarını yerinə yetirib. Arzusu Şuşa şəhərinə üçrəngli bayrağımızı sancmaq olub. Təəssüf ki, noyabrın 8-də Daşaltı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Pəhli ailənin tək oğlu idi. İki il idi ki, Aidə xanımla ailə həyatı qurmuşdu. İndi şəhid Pəhlidən bir qız övladı yadigar qalıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM