02 Sentyabr 2021 16:14
1016
CƏMİYYƏT
A- A+

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb  

 

Sentyabrın 2-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Gəncəçay-Zurnabad məntəqəsində isə 1 santimetr azalıb. Kürəkçay-Çaykənd ,o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı, Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Təngərüdçay-Vaqo məntəqəsində isə 1 santimetr azalma qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 78 kubmetr /saniyə təşkil edir. Bu da ongünlük normanın 64 faizinə bərabərdir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 4.50 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 6 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 286 santimetr, su sərfi isə 61 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 1 santimetr azalaraq 110, Araz-Novruzluda isə 2 santimetr azalaraq 56 santimetr təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video