11:36 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusun uşaqların həyatına təsir etdiyi vaxtda onları qorumaq vacibdir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:47 06.05.2021

 

Pandemiya kimi dünyanı bürüyən COVID-19 insanlara bir sıra qayda-qanunlara əməl etmək vərdişlərini də aşıladı. Tibb mütəxəssisləri xüsusi olaraq bunun uşaqların həyatında daha çox hiss olunduğu qənaətindədirlər.

Məsələn, ailə koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda evdə qalmağa məcburdur. Bu zaman çox güman ki, uşaqlar vaxtlarının böyük hissəsini internetdə keçirirlər. Məktəb, dostlar, nənələr və babalarla ünsiyyət, hətta musiqi dərsləri - axı bir çox şeylər internet məkanına köçüb.

Bir-biri ilə əlaqə saxlamaq uşaqlara və yeniyetmələrə bu yeni həyat normasının təsirini azaltmağa kömək edir. Bu da normal olmasa belə, həyatın davamı deməkdir. Lakin bu həmçinin hər bir valideyn üçün bəzi çətinliklər də yaradır. Bəs potensial zərəri minimuma endirməklə internetin təklif etdiyindən maksimum necə bəhrələnmək olar?  Bu tarazlığı təmin etmək heç normal həyatda da asan məsələ deyil, o ki qaldı COVID-19 kimi səhiyyə böhranı ilə qarşılaşdığımız zaman.

Uşaqlar özlərini pandemiyadan qorumaq üçün qəbul edilən qanunlara əsasən, evdə qalmağa məcburdurlar. Əlbəttə, onların evdə məşğuliyyəti əsasən internet resursları ilə olur. Bu zaman onların mənfi hallarla qarşılaşması, təəssüf ki, qaçılmaz olur. Bunun da qarşısının alınması mütəxəssislər tərəfindən araşdırılmaqda və tövsiyələr şəklində valideynlərə çatdırılmaqdadır. Bu baxımdan beynəlxalq təcrübə daha çox diqqət çəkməkdədir. UNICEF-in “Uşaq Hüquqları & Biznes” üzrə mütəxəssisi Sara Yakobsenin bu məsələdə fikirləri maraqlıdır. O, uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün valideynlərə kömək edə biləcək bir neçə üsulun olduğunu qeyd edir: “Əvvəla, onları açıq ünsiyyət vasitəsilə qoruyun. Uşaqlarınızla, onların kiminlə və necə ünsiyyət qurmaqları barədə dürüst dialoq aparın. Onların qarşılıqlı mehriban əlaqələrin dəyərini dərk etdiklərinə əmin olun. Belə əlaqələrdə ayrı-seçkilik və ya qeyri-etik ünsiyyət heç vaxt məqbul sayıla bilməz. Belə hallarla üzləşdiyi təqdirdə onları bu barədə dərhal sizə və ya etibar etdikləri böyüyə məlumat verməyə öyrədin.

Uşağınız internetdəki fəaliyyətləri nəticəsində məyus və özünə qapalı görünürsə, yaxud kiberbullinq ilə üzləşirsə, ayıq-sayıq olmalısınız. Cihazlardan necə, nə vaxt və harada istifadə edə biləcəkləri barədə qaydaları müəyyən etmək üçün uşağınızla birlikdə iş aparın...”

Uşaqları qorumaq üçün texnologiyadan istifadə olunmalıdır. Uşağın  kompüterində ən son proqram təminatından və antivirus proqramlarının quraşdırıldığından, məxfilik parametrlərinin düzgün nizamlandığından əminlik yaranmalıdır. Veb-kameralardan istifadə etmədikdə onları qapalı saxlamaq lazımdır. Kiçikyaşlı uşaqlar üçün, təhlükəsiz axtarış daxil olmaqla, valideyn nəzarəti kimi alətlər internetdən istifadə təcrübəsinin müsbət olmasına kömək edə bilər. Pulsuz internet təhsil resursları ilə ehtiyatlı olmaq lazıımdır. Uşaq bu resurslardan istifadə etmək üçün heç vaxt öz şəklini, tam ad və soyadını təqdim etməməlidir. Məlumatların toplanmasını minimuma endirmək məqsədilə məxfilik parametrlərini də yoxlamaq vacibdir. Valideynlər uşağa, xüsusilə tanımadığı yad insanlara şəxsi məlumatları açıqlamamağı öyrənməyə kömək etməlidir.

Göründüyü kimi, Sara Yakobsenin gəldiyi qənaətlərdən biri valideynlərin uşaqlarla birlikdə internetdə vaxt keçirmələrinin vacibliyidir. Mütəxəssis deyir ki, uşağın dostları, ailəsi və sizinlə qarşılıqlı təhlükəsiz və müsbət onlayn əlaqəsi üçün imkanlar yaradın. Çünki digər insanlarla ünsiyyət həmişəkindən daha vacibdir və bu sizin “qarşılıqlı virtual əlaqələrinizdə” xeyirxahlığı modelləşdirmək üçün əla fürsət ola bilər: “Uşağınızın COVID-19 virusu ilə əlaqədar narahatlıqlarını gücləndirə biləcək dezinformasiyanı və uyğun olmayan məzmunu tanımasına və ondan kənar durmasına yardımçı olmağı unutmayın. UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların bir çox rəqəmsal resursları uşağınızla birlikdə virus haqqında məlumatlar əldə etməyiniz üçün istifadəyə verilib. Övladınızın yaşına uyğun proqram tətbiqlərini, oyunları və digər internet əyləncə vasitələrini müəyyən etmək də vacib məsələlərdəndir.

 Koronavirus haqqında uşaqla danışmağın yolları da müxtəlifdir. Onları internetdə sağlam vərdişlərə alışdırmaq isə əsas şərtlərdəndir. İnternetdə və video-zənglər zamanı uşağınızı yaxşı davranışa təşviq edin və onu nəzarətsiz buraxmayın. Onları sinif yoldaşları ilə münasibətlərdə nəzakətli və ehtiramlı olmağa, eləcə də geyindikləri paltarlara fikir verməyə, yataq otaqlarından görüntülü videozənglərə qoşulmaqdan çəkinməyə vərdiş yaratmaq lazımdır. Kiberbullinq və ya qeyri-etik internet məzmunla rastlaşdıqda, bu barədə məlumat vermək üçün məktəb siyasəti, habelə çağrı və dəstək mərkəzlərinin telefon xətləri ilə tanış olun”.

Onu da deyək ki, uşaqlar internetdə daha çox vaxt keçirdiyi üçün onlar reklamlara məruz qala bilərlər ki, bunlar da qeyri-sağlam qidanı, qender stereotiplərini və ya yaşa uyğun olmayan materialları təbliğ edə bilər. Valideynlər onlara internet reklamlarını tanımaqda kömək etməyi unutmamalı, bəzi mənfi mesajların xətalı tərəflərini uşaqlarla birlikdə araşdırmalıdırlar.

Bəs kiberbullinqin öhdəsindən necə gəlmək olar? Bu sualın cavabını verərkən mütəxəssislər qeyd edirlər ki, onlara əylənmək və özlərini ifadə etmək imkanı verilməlidir.

Uşaqlarınızın vaxtlarını evdə qalaraq keçirməyi, onlara internetdə öz fikirlərini paylaşmaq və bu böhranda ehtiyacı olanları dəstəkləmək üçün gözəl fürsət ola bilər. Övladınızı, uşaqlar üçün internetdə idman təmrinlərinə dair və fiziki hərəkət tələb edən videooyunlar kimi rəqəmsal vasitələrdən faydalanmağa həvəsləndirin. Mümkünsə, evdən kənar vaxt daxil olmaqla, onlayn istirahətinizi internetdən kənar fəaliyyətlə tarazlaşdırmağı da unutmayın.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM