17:15 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusun “Delta” ştammı ölkəmizdə də aşkarlanıb

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:48 15.07.2021

 

Dünyanı bürüyən COVID-19-un bütün növlərindən qorunmağın yeganə yolu vaksinasiyadır

 

Bir ildən artıq müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada ciddi səhiyyə problemi olmaqla, sosial və iqtisadi cəhətdən də gərginlik yaratmaqdadır. Bununla belə, SARS-CoV-2 infeksiyasına qarşı aparılan profilaktik tədbirlər, peyvəndlənmənin təşkili və səmərəliliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir.

Qeyd olunur ki, koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-COV-2 virusunun genetik variantlarına dair vaxtaşırı analizlər aparılır.

Aparılan araşdırmaların növbəti mərhələsində son vaxtlar ölkəmizə xaricdən gələnlərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından da qorunmağın ən səmərəli yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyətə görə aparılan vaksinasiyaya borcluyuq. Buna görə də bütün vətəndaşlarımızın vaxt itirmədən vaksinasiya olunması çox vacibdir.

Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi məsələləri, təyin olunmuş gigər qaydalara əməl edilməsi, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur.

Aparılan araşdırmalara görə, “Delta”ya yoluxmalar ilkin olaraq mədə-bağırsaq pozulmaları ilə müşahidə edilir. Bu ştamma yoluxanlar, adətən, qarın ağrısından şikayətlənirlər. Qeyd edilən simptomlar eyni zamanda baş ağrısı, öskürək, halsızlıq, əzələ ağrıları ilə də özünü paralel göstərə bilir. Bunlardan başqa, qusma və hərarətin yüksəlməsi də “Delta”nın əlamətlərindən ola bilir.

ÜST-ün məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarlarsa belə xəstəliyi yüngül keçirirlər. Bundan başqa, vaksinasiyadan keçənlərin “Delta” ilə xəstəxanaya yerləşdirilənlərin faizlərinin də çox aşağı olduğu qeyd edilir. Üstəlik, peyvənd olunanların əksəriyyəti xəstəliyi yüngül assimatik keçirir.

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmanci mətbuata açıqlamasında vurğulayıb ki, koronavirusa yoluxma sayları azalsa da, ümumi vəziyyəti nəzarətdə saxlamaq lazımdır. Onun sözlərinə görə, qarşıdan gələn payız fəslində, daha doğrusu, sentyabr, oktyabr aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı istisna edilmir: “Başqa ştamlar da ola bilər. ÜST olaraq daim bunları monitorinq edirik. Pandemiya hələ bitməyib, amma hava düzəlib. Buna görə optimistik. Bununla belə, hamı özünü qorumalıdır”.

ÜST-ün ölkəmizdəki rəsmisi həmçinin hər il hipertoniyadan minlərlə insanın öldüyünü də bildirir: “Düzgün müalicə olsalar, onlar həyatlarını itirməyə bilərlər. Bunlar gənc yaşda ölən insanlardır. Hər il təkcə hipertoniya xəstəliyi iqtisadiyyatda 600 milyon manat itkiyə səbəb olur. Təkcə Şamaxıda 19 min nəfər hipertoniya xəstəliyindən əziyyət çəkir. Onlardan yalnız 2400-ü xəstə olduğunu bilib, müalicə edilənlərdir. Digərləri ölüm riskinə aiddir”.

Bütün bu kimi göstəricilər insanların öz sağlamlıqlarının qeydinə vaxtında qalmamasını təsdiqləyən faktlardır. ÜST rəsmisinin də bu məsələyə açıq münasibəti ondan irəli gəlir ki, pandemiya şəraitində digər xəstəliklərin müayinə və müalicəsi arxa plana keçir ki, bu da çox təhlükəlidir. Ona görə COVID-19-dan, eləcə də onun mutasiyalarından doğulan yeni ştamlardan xilas olmağın yolu öz əlimizdədir. Bir qayda olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın, Səhiyyə Nazirliyi ilə TƏBİB-in tələb və təkliflərinə, eləcə də tövsiyələrinə və digər təlimatlara əməl olunmalıdır. Bu kimi çox sadə üsullar isə belədir: sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə və gigiyenik qaydalara əməl etmək.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM