05 Mart 2021 19:44
613
DÜNYA
A- A+

Koronavirus dünyada 840 jurnalistin həyatına son qoyub

 

2020-ci il martın 1-dən bəri yeni tip koronavirus infeksiyası üzündən 68 ölkədə azı 840 jurnalist vəfat etmişdir. İsveçrənin “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, bu, İkinci Dünya müharibəsindən bəri media nümayəndələri arasında ən böyük tələfatdır.

Pandemiya başlayandan bəri hər gün ikidən çox jurnalist COVID-19-un qurbanı olmuşdur. Pandemiya dövründə ən çox jurnalist ölümü Latın Amerikasında qeydə alınmışdır - 458 nəfər. Koronavirus Asiyanın 17 ölkəsində 151, Avropanın 16 ölkəsində 147, Şimali Amerikanın 2 ölkəsində 45 və Afrikanın 15 ölkəsində 39 media işçisinin həyatına son qoymuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video