22:42 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Konutder” və “Sur Yapı” İdarə Heyətinin sədri Z.Altan Elmasdan
ANA SƏHİFƏ / MƏKTUBLAR
22:01 07.12.2020
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün həyata keçirdiyi 44 günlük əks-həmlə əməliyyatında dünyanı heyran qoyan təqdirəlayiq liderlik nümunəsi göstərdiyinizi səmimiyyətlə vurğulamaq istəyirəm. Sizin liderliyinizdə Azərbaycan Silahlı Qüvvələrinin tarixə qızıl hərflərlə yazılan uğuru, xalqın dövlətinin və ordusunun arxasında sıx dayanması sarsılmaz mübarizə ruhunu bir daha bütün dünyaya göstərdi. Bu əməliyyat Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirən qəhrəmanlıq salnaməsidir. Sizin şəxsinizdə qardaş vətənimiz Azərbaycanı öz adımdan və ölkəm adından səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident.

Hər gün inkişaf etməkdə olan Azərbaycanın Sizin güclü liderliyinizlə mühüm nailiyyətlərə imza atmasının şahidi oluruq. Qəlbləri birlikdə döyünən ölkələrimizdəki kədəri də, sevinci də bərabər hiss edirik. "Bir millət, iki dövlət” prinsipi ilə strateji əlaqələrimizi daha da gücləndirmək işində hədəfimiz eynidir.

Rəhbərlik etdiyim "Sur Yapı” firması həm Türkiyədə, həm də Avropada mənzil inşaatı sahəsində fəaliyyətini davam etdirir. Əsrin dörddəbirindən də çox müddət qədər təcrübəyə malik olan firmamız inşaat sektorunun qabaqcıllarındandır. Antalyada Ətraf Mühit və Şəhərsalma Nazirliyi və Antalya Böyükşəhər Bələdiyyəsi ilə birlikdə inşa etdiyimiz Antalya layihəsi bu gün Avropanın ən böyük şəhərsalma layihəsi hesab edilir. Təxminən 70 min nəfərin yaşayacağı 1,3 milyon kvadratmetrlik əraziyə və 2,5 milyon kvadratmetr tikinti sahəsinə malik "ağıllı şəhər”in inşası ekoloji yanaşmalar əsasında həyata keçirilmişdir. Antalya layihəsi həm şəhərsalma modeli, həm də "ağıllı şəhər” funksiyaları ilə bütün dünyaya nümunə təşkil edir. Layihəmiz ətraf mühitin mühafizəsinə xidmət edən "ağıllı texnologiyalar”la milli və beynəlxalq səviyyədə çoxlu sayda mükafatın sahibi olub. Antalya layihəmizlə Türkiyədə bütöv bir şəhər miqyasında layihə həyata keçirən yeganə şirkətik.

Digər tərəfdən, enerji sahəsində də aktiv fəaliyyət göstəririk. Əsasən su və külək enerjisi olmaqla bərpaolunan enerji stansiyalarımızda elektrik enerjisi istehsal etməklə yeni sərmayələr də yatırırıq.

Azərbaycanın işğaldan azad etdiyi Qarabağın və ətraf rayonların bərpasında, ziyanın aradan qaldırılmasında və bölgənin yenidən inşasında əməkdaşlıq və həmrəyliyimiz çərçivəsində üzərimizə düşən vəzifəni yerinə yetirmək niyyətimizi xüsusilə vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqına bir daha cansağlığı, xoşbəxtlik, sülh və rifah diləyirəm.

Dərin hörmətlə,

Z.Altan Elmas
"Konutder” İdarə Heyətinin sədri,
"Sur Yapı” İdarə Heyətinin sədri


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM